A-dan Z-yə terminlər (103)
A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   I   J   K   Q   L   M   N   O   Ö   P   R   S   T   U   Ü   V   Y   Z   Filtri ləğv et
terminlər "S" (37)
Sessiya

Sığortaçının sığorta müqaviləsi üzrə qəbul etdiyi riskin təkrarsığorta etdirdiyi (təkrarsığortaya ötürdüyü) hissəsi.

Sığorta

Müqavilə əsasında riskin ötürülməsinə və bölüşdürülməsinə əsaslanan mexanizm.

Sığorta dəyəri

Sığorta müqaviləsinin bağlandığı günə sığortalanan əmlakın həqiqi dəyəri – 1) əmlakın sığorta müqaviləsinin tərəflərinin razılığı ilə müəyyən edilən, zədələnmiş və ya məhv olmuş əmlakın bərpa edilməsi dəyəri (bərpa dəyəri); və ya 2) eyni növdə, cinsdə, vəziyyətdə və keyfiyyətdə olan əmlakın əldə edilməsi dəyəri (bazar dəyəri); 3) yaxud həmin əmlakın balans üzrə qalıq dəyəri.

Sığorta ehtiyatı

Sığorta ödənişlərini həyata keçirmək üçün sığortaçının öhdəliklərinin təminatı kimi formalaşdırdığı pul vəsaitlərinin hesablanmış miqdarı.

Sığorta hadisəsi

Sığorta müqaviləsində nəzərdə tutulan, sığorta ödənişini həyata keçirmək vəzifəsi yaradan hal və ya hadisə.

Sığorta haqqı

Sığorta təminatının əldə edilməsi üçün sığortalının sığorta müqaviləsində nəzərdə tutulan məbləğdə və qaydada sığortaçıya ödədiyi məbləğ.

Sığorta haqqının qaytarılması

Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə qanunvericiliyin tələblərinə uyğun olaraq sığorta haqqının müvafiq hissəsinin sığortalıya qaytarılması.

Sığorta marağı

Sığorta təminatının mövcudluğu üçün əsas olan, sığortalının sığorta obyekti ilə bağlı qanunvericilik və ya müqavilə ilə tanınan və sığorta hadisəsinin baş verdiyi təqdirdə onun maliyyə itkisinə məruz qalması ehtimalı ilə şərtlənən marağı.

Sığorta müddəti

Qanunvericiliyə və ya sığorta müqaviləsinə uyğun olaraq, sığorta müqaviləsinin qüvvəyə mindiyi tarixdən onun qüvvədən düşdüyü anadək olan müddət.

Sığorta müqaviləsi

Sığortaçının sığorta haqqı müqabilində sığortalıdan müəyyən riskləri qəbul etmək və ya belə riskləri onunla bölüşmək razılığının ifadə edildiyi yazılı razılaşma.

Sığorta müqaviləsi

Sığortaçının sığorta haqqı müqabilində sığortalıdan müəyyən riskləri qəbul etmək və ya belə riskləri onunla bölüşmək razılığının ifadə edildiyi yazılı razılaşma.

Siğorta müqaviləsinin yeni müddətə bağlanmasi

Eyni sığorta obyekti ilə bağlı əvvəl bağlanmış sığorta müqaviləsinin qüvvədən düşdüyü günün ertəsi qüvvəyə minən, eyni sığorta obyekti ilə bağlı eyni sığortaçı ilə yeni sığorta müqaviləsinin bağlanılması.

Sığorta müqaviləsinə vaxtından əvvəl xitam vermə

Sığorta müqaviləsinin həmin müqavilədə konkret olaraq göstərilmiş başa çatma tarixindən əvvəlki hər hansı tarixdə tərəflərin hər hansı birinin təşəbbüsü ilə və ya qanunvericilikdə müəyyən edilmiş digər əsaslarla qüvvədən salınması.

Sığorta məbləği

Sığortaçının sığorta müqaviləsi üzrə öhdəliyinin həmin müqavilədə razılaşdırılmış son həddi.

Sığorta növü

Sığortaçı tərəfindən sığorta sinfi və ya sinifləri əsasında müəyyən sığorta qaydalarının hazırlanması yolu ilə müştərilərə təklif olunan sığorta məhsulu.

Sığorta obyekti

Sığortalının və ya sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyi və ya onun həyatı, sağlamlığı, əmək qabiliyyəti və ya pensiya təminatı ilə bağlı maraqları.

Sığorta ödənişinin verilməsindən imtina

Sığortaçının qanunvericilikdə və qanunvericiliyə zidd olmaması şərtilə sığorta müqaviləsində nəzərdə tutulmuş əsaslarla sığorta ödənişini verməkdən imtina etməsi.

Sığorta olunan

Sığorta müqaviləsi üzrə sığorta təminatı verilən və ya maraqları sığorta müqaviləsi əsasında qorunan fiziki şəxs.

Sığorta predmeti

Sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu, şəxsi sığorta üzrə fiziki şəxs; əmlakın sığortası üzrə hər hansı əmlak; mülki məsuliyyətin sığortası üzrə mülki məsuliyyətin yaranması halı.

Sığorta qaydaları

Sığortaçı, habelə sığortaçının üzvü olduğu və ya ona nəzarət edən qurum tərəfindən müəyyən sığorta növü üzrə hazırlanan, sığorta müqavilələrinin standart şərtlərini əks etdirən sənəd.