Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının «Sığorta Terminləri lüğəti» (2005), səh. 65:
Texniki ehtiyatlar (eng.–technical provision)– zərərlər ehtiyatı (bildirilmiş və ya bildirilməmiş), qazanılmamış sığorta haqları ehtiyatı, başa çatmamış risklər ehtiyatı, həyat sığortası ehtiyatı və həyat sığortası müqavilələri üzrə digər öhdəliklər də daxil olmaqla, sığorta müqavilələri üzrə yaranan öhdəliklərin qarşılanması üçün sığortaçının balansında müəyyən edilən məbləğ.
Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının “Texniki ehtiyatların hesablanması ilə bağlı Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının mövqeyin İcmalı ” (2007), bənd 2.2._8:
Texniki ehtiyatlar sığortaçının sığorta müqavilələri portfelinin mövcud olduğu müddət ərzində onun sığortalılar və digər faydalanan şəxslər qarşısındakı sığorta öhdəliklərinin yerinə yetirilməsi və vəzifələrinin icrası məqsədilə tələb olunan məbləği təmsil edir.
Böyük Britaniyanın “Sığorta Şirkətləri Aktı”, maddə 34A—1:
…ümumi əməliyyatları həyata keçirən hər bir sığorta şirkəti … müəyyən edilmiş qaydalara uyğun olaraq, həmin əməliyyatlara münasibətdə ehtiyat formalaşdırmalıdır.
Türkiyə Cümhuriyyətinin 2007-ci il 3 iyun tarixli Sığortaçılıq Qanunu, maddə 16, (1):
Sığorta şirkətləri və təkrarsığorta şirkətləri sığorta müqaviləsindən irəli gələn öhdəlikləri üçün bu maddədə müəyyən edilmiş prinsiplərə uyğun olaraq kifayət qədər ehtiyatlar ayırmalıdırlar.
Misir Ərəb Respublikasının “Sığorta nəzarəti haqqında” Aktı - 1981-ci il, maddə 37:
Sığorta şirkəti sığorta olunanlar və faydalanan şəxslərə qarşısındakı öhdəliklərini yerinə yetirmək üçün … texniki ehtiyatlar formalaşdırmalıdır.
Belarus Respublikasının 2000-ci il 28 sentyabr tarixli “Belarus Respublikasında sığorta fəaliyyəti üzrə Qaydalar”ı, bənd 44:
Sığorta təşkilatı öz üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə daxil olan sığorta haqlarından, qanunvericilik aktlarında başqa sığorta ehtiyatlarının formalaşdırılması nəzərdə tutulmamışdırsa, həyat sığortasına aid sığorta növləri üzrə ehtiyatlar (riyazi ehtiyatlar) və qeyri-həyat sığortası üzrə ehtiyatlar (texniki ehtiyatlar (рус.–технические резервы)) formalaşdırır.
|