A-dan Z-yə terminlər (103)
Sözün izahı
|
Sığortaçının sığorta müqaviləsi üzrə qəbul etdiyi riskin təkrarsığorta etdirdiyi (təkrarsığortaya ötürdüyü) hissəsi.
Misal:
“A” sığortaçı sığorta müqaviləsi üzrə sığortaladığı 300 000 manat məbləğində riskin 150 000 manat hissəsini “B” təkrarsığortaçıda təkrarsığorta etdirir. “A” təkrarsığortaçının “B” təkrarsığortaçıda təkrarsığorta etdirdiyi həmin 150 000 manat risk hissəsi sessiya adlanır.
|
|
Azərbaycan Respublikasının qanunvericiliyinə istinad |
Azərbaycan Respublikasının sığorta qanunvericiliyində ”sessiya” anlayışından istifadə edilməmişdir.
|
|
Beynəlxalq təcrübədən nümunə |
Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının «Sığorta Terminləri lüğəti» (2005), səh.14:
Sessiya (eng.-cession)– sığorta şirkətinin təkrarsığorta etdirdiyi risk məbləği: təkrarsığortaçıya ötürülən məbləğ.
|
|