Almaniya Federativ Respublikasının Sığorta müqaviləsi Aktı - 2008-ci il,
maddə 2, bənd 2), ikinci cümlə: Sığortalının müqavilə şərtlərini qəbul edərkən sığorta hadisəsinin artıq baş vermiş olduğunu bildiyi halda, sığortaçı sığorta ödənişini vermək öhdəliyi daşımır.
maddə 21 bənd 2):19 (2)-ci maddədə nəzərdə tutulmuş əsasla müqavilədən imtina edildikdə (sığortalının risk amilləri barədə məlumatları açıqlamamasına görə sığortaçının müqavilədən imtina etməsi) məlumatların açıqlanması vəzifəsinin pozulması sığorta hadisəsinin baş verməsi və ya buna şərait yaradılması ilə və ya sığortaçının məsuliyyətinin artması ilə bağlıdırsa, sığortaçı sığorta ödənişini vermək öhdəliyi daşımır.
maddə 26, bənd (2): sığortalanmış riskin … artması (eng.– aggravation of insured risk)halında, sığortaçının riskin artması barədə məlumatlandırılmalı olduğu tarixdən bir ay keçdikdən sonra sığorta hadisəsi baş verərsə və sığortaçı sığortalanmış riskin artmasından xəbərsiz olarsa, sığorta ödənişini vermək öhdəliyi daşımır.
maddə 37, bənd (2): Sığorta hadisəsinin baş verdiyi anda sığorta haqqı və ya onun ilk hissəsi ödənilməmişdirsə və sığortalı buna görə məsuliyyət daşıyırsa, sığortaçı sığorta ödənişini vermək öhdəliyindən azad edilir. Sığortaçı o halda öhdəlikdən azad edilir ki, o sığortaçını sığorta haqqının ödənilməməsinin hüquqi nəticələri barədə ayrıca aparılmış yazışma ilə və ya sığorta polisində aydın şəkildə qeyd etməklə yazılı surətdə xəbərdar etmiş olsun.
maddə 137: Sığorta hadisəsi sığortalının qəsdən törədilmiş hərəkəti kobud ehtiyatsızlığı və ya nəticəsində baş verdikdə sığortaçı sığorta müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməkdən azad edilir.
maddə 138: Gəmi sığortası zamanı, gəminin üzmək üçün lazımi vəziyyətdə olmaması və ya qənaətbəxş səviyyədə təchiz edilməməsi, yaxud lazımi səviyyədə idarə olunmaması ilə əlaqədar baş verən zərərlərin əvəzinin ödənilməsinə görə sığortaçı öhdəlik daşımır.
maddə 161: həyatın tam sığortası halında, sığorta müqaviləsinin bağlanmasından üç il ərzində sığorta olunanın qəsdən intihar etməsinə görə sığortaçı sığorta ödənişini vermək öhdəliyi daşımır. Bu, intiharın sığorta olunanın onun niyyətini sərbəst müəyyən etmək qabiliyyətinə mane olan əqli çatışmazlıq halında baş verməsi zamanı tətbiq edilmir.
maddə 201. Sığortalı və ya sığorta olunan öz xəstəliyinə və ya özünün düşdüyü qəzaya qəsdən səbəb olarsa, sığortaçı sığorta ödənişini vermək öhdəliyi daşımır.
Avstraliya Federasiyasının 1984-cü il “Sığorta müqavilələri” Aktı,
maddə 54 (1): Bu maddəyə uyğun olaraq, sığorta müqaviləsinin sığortaçıya onun qüvvəyə minməsindən sonra sığortalının və ya digər şəxsin etdiyi hərəkətlər görə sığorta ödənişini verməkdən tam və ya qismən imtina etmək imkanı verdiyi halda, bu maddənin 2-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, sığortaçı sığorta ödənişini verməkdən imtina edə bilməz, lakin sığorta tələbinə münasibətdə sığortaçının öhdəliyi həmin hərəkətlərin onun maraqlarına vurduğu ziyan həcmində azalmış hesab edilir.
maddə 54 (2): Bu maddənin sonrakı müddəaları nəzərə alınmaqla, hərəkətin sığorta müqaviləsi ilə təminat verilən zərərin baş verməsinə və ya davam etməsinə səbəb olması halında sığortaçı sığorta ödənişini verməkdən imtina edə bilər.
maddə 54 (3): Əgər sığortalı sübut etsə ki, sığorta tələbinin aid olduğu zərərin heç bir hissəsi həmin hərəkət nəticəsində baş verməmişdir, sığortaçı məhz bu hərəkəti əsas gətirərək, sığorta ödənişindən imtina edə bilməz.
maddə 54 (4): Əgər sığortalı sübut etsə ki, sığorta tələbinin aid olduğu zərərin bir hissəsi həmin hərəkət nəticəsində baş verməmişdir, sığortaçı zərərin həmin hərəkət nəticəsində baş verən hissəsi istisna olmaqla, məhz bu hərəkəti əsas gətirərək, sığorta ödənişindən imtina edə bilməz.
maddə 54 (5): Hərəkəti etmək şəxsin təhlükəsizliyini müdafiə etmək və ya əmlakı qorumaq üçün vacib olduqda, sığortalı və ya digər şəxsin onu etməməsinin ağlabatan olmadığı hallarda, sığortaçı məhz bu hərəkəti əsas gətirərək, sığorta ödənişindən imtina edə bilməz.
Bolqarıstan Respublikasının Sığorta Məcəlləsi - 2005-ci il, maddə 107 (1):
Bütün sübutların təqdim edildiyi tarixdən on beş (15) gün müddətində sığortaçı sığorta ödənişini həyata keçirməli və ya qanunvericiliklə əsaslandırılmış şəkildə ödənişdən imtina etməlidir.
|