Axtar

Biznes-Lüğət
A-dan Z-yə terminlər (103)
A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   I   I   J   K   Q   L   M   N   O   Ö   P   R   S   T   U   Ü   V   Y   Z   Filtri ləğv et
terminlər "I" (4)

İcbari sığorta

Dövlətin sosial siyasəti baxımından əhəmiyyətli hesab edilən sahələrdə insanlara dəyə biləcək maddi və fiziki zərərlərlə bağlı maliyyə risklərinin azaldılması məqsədilə müəyyən risklərin sığorta etdirilməsinin qanunla tələb olunduğu, əsas qayda və şərtlərinin qanunvericiliklə müəyyən edildiyi sığorta.

İddia müddəti

Sığorta müqaviləsinə əsasən sığortaçının sığorta ödənişini həyata keçirmək vəzifəsinin yarandığı andan sığortalının həmin ödənişin həyata keçirilməsini tələb etmək hüququnun son tarixinədək olan müddət.

İkili (çoxqat) sığorta

Əmlakın eyni risklərdən iki və ya daha çox sığortaçıda sığorta müqavilələri bağlandığı andakı həqiqi dəyərindən, yənisığorta dəyərindən artıq məbləğdə sığortalanması. Bu zaman sığorta hadisəsinin baş verdiyi halda sığortaçılardan hər biri onunla bağlanmış sığorta müqaviləsində nəzərdə tutulmuş sığorta məbləğinə mütənasib qaydada öhdəlik daşıyır.

İpoteka sığortası

İpoteka qoyanın (borclunun) ipoteka saxlayan (kreditor) qarşısındakı ipoteka müqaviləsində nəzərdə tutulan borc öhdəliklərini tam və ya qismən yerinə yetirə bilməməsi halında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan sığorta

  • 1

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33