AzərbaycanRespublikasının Mülki Məcəlləsi, maddə 921:
921.1. Sığorta müqaviləsinə … sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin … qurtarmamış müddəti üçün sığorta haqlarını ona qaytarır; əgər bu tələb sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə sığortalıya qaytarır.
921.2. Sığorta müqaviləsinə … sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqlarını … bütünlüklə sığortalıya qaytarır; əgər bu tələb sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərcləri çıxılmaqla, müqavilənin qurtarmamış müddəti üçün sığorta … qaytarır.
921.3. Sığorta müqaviləsinə … vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqına … bərabər və ya ondan çox miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı … sığortalıya qaytarılmır.
921.4. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqından … az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının sığortalıya qaytarılması müvafiq olaraq bu Məcəllənin 921.1-ci və 921.2-ci maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
921.5. Sığorta müqaviləsi bu Məcəllənin 919.2-ci maddəsində müəyyən edilmiş məhkəmə qərarı əsasında xitam verilmiş hesab edildikdə, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin … qurtarmamış müddəti üçün sığorta haqlarını, bu Məcəllənin 921.3-cü və 921.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, sığortalının qanuni nümayəndəsinə qaytarır.
«Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli Qanunu, maddə 72.6:
Sığorta və ya təkrarsığorta müqaviləsinin başqa sığortaçıya ötürülməsinə etiraz edən sığortalının və ya təkrarsığortalının müəyyənləşdirdiyi sığortaçı müvafiq müqaviləni qəbul etmədikdə, sığortalı və ya təkrarsığortalının tələbi ilə sığorta və ya təkrarsığorta müqaviləsinə xitam verilə bilər. Bu halda sığorta müqaviləsi üzrə sığorta haqları tam məbləğdə sığortalıya və ya təkrarsığortalıya qaytarılmalıdır.
|