A-dan Z-yə terminlər (103)
Sözün izahı
|
Sığortalının və ya sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyi və ya onun həyatı, sağlamlığı, əmək qabiliyyəti və ya pensiya təminatı ilə bağlı maraqları.
Misal:
Şəxs öz evini sığorta etdirirsə, onun evinə dəyə biləcək zərərlə bağlı əmlak (maddi) mənafeyi sığorta obyektidir. Şəxs öz sağlamlığını tibbi sığorta etdirirsə, səhhətinin pozulması ilə bağlı müayinə və müalicəyə çəkəcəyi xərclərə görə əmlak (maddi) mənafeyi sığorta obyektidir. Şəxs öz avtomobilindən istifadəyə görə mülki məsuliyyətini sığorta etdirirsə, həmin avtomobillə başqa şəxsə vura biləcəyi zərərlərin əvəzinin ödənilməsi ilə bağlı əmlak (maddi) mənafeləri sığorta obyekti hesab edilir.
|
|
Azərbaycan Respublikasının qanunvericiliyinə istinad |
«Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli Qanunu, maddə 1.1.13, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, maddə 886.1:
Sığorta obyekti – sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyi.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi, maddə 886.2:
Qanuna zidd mənafelər, həmçinin qanuni, lakin sığortalanması qanunla qadağan olunan mənafelər, qanunvericiliklə nəzərdə tutulmuş cərimələr, habelə oyunlarda, mərclərdə, lotereyalarda iştirakla bağlı mənafelər sığorta obyekti ola bilməz.
|
|
Beynəlxalq təcrübədən nümunə |
Litva Respublikasının 2003-cü il 18 sentyabr tarixli “Sığorta haqqında” Qanunu, maddə 2, bənd 20:
Sığorta obyekti (eng.–insurance object) – şəxsinhəyatı, sağlamlığı, əmlakı və məsuliyyəti ilə bağlı əmlak mənafeləri.
Qazaxıstan Respublikasının 2005-ci i 7 fevral tarixli “İşçinin əmək (xidməti) funksiyalarını yerinə yetirərkən onun həyatına və sağlamlığına zərər vurulmasına görə işəgötürənin mülki məsuliyyətinin icbari sığortası haqqında” Qanunu, maddə 5, bənd 1:
İşəgötürənin icbari məsuliyyət sığortasının obyekti (рус.–объект обязательного страхования гражданско-правовой ответственности работодателя)– işçinin əmək (xidməti) funksiyalarını yerinə yetirərkən onun həyatına və sağlamlığına zərər vurulmasına görə işəgötürənin mülki məsuliyyətinin icbari sığortasının obyekti işəgötürənin işçinin əmək (xidməti) funksiyalarını yerinə yetirilməsi zamanı onun həyatına və sağlamlığına dəyən zərərin əvəzinin ödənilməsi öhdəliyi ilə bağlı əmlak mənafeləridir.
|
|