A-dan Z-yə terminlər (103)
A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   I   J   K   Q   L   M   N   O   Ö   P   R   S   T   U   Ü   V   Y   Z   Filtri ləğv et

Siğorta müqaviləsinin yeni müddətə bağlanmasi

Sözün izahı

Eyni sığorta obyekti ilə bağlı əvvəl bağlanmış sığorta müqaviləsinin qüvvədən düşdüyü günün ertəsi qüvvəyə minən, eyni sığorta obyekti ilə bağlı eyni sığortaçı ilə yeni sığorta müqaviləsinin bağlanılması.

Misal:

Şəxs mənzilini təmir etmək üçün 01 iyun 2010-cu il tarixdə bankdan iki il müddətinə kredit götürmüş və mənzili həmin kreditin təminatı kimi ipotekaya, yəni girov qoymuşdur. İpoteka müqaviləsinin tələblərindən biri kimi həmin mənzilin ipoteka müqaviləsinin qüvvədə olduğu tam müddət üçün sığortalanması müəyyən edilmişdir. 01 iyun 2010-cu il tarixdə şəxs sığortaçı ilə girov qoyduğu mənzilin 1 il müddətinə sığortalanması barədə sığorta müqaviləsi bağlayır. 25 may 2011-ci il tarixdə şəxs sığortaçı ilə eyni əmlakın sığortası barədə yeni sığorta müqaviləsi imzalayır və həmin müqavilənin 01 iyun 2011-ci il tarixdən qüvvəyə minməsi müəyyən edilir. Yeni sığorta müqaviləsinin bağlanması eyni tərəflər arasında eyni mənzillə bağlı olduğu halda, bu əməliyyat sığorta müqaviləsinin yeni müddətə bağlanması adlanır.

Azərbaycan Respublikasının qanunvericiliyinə istinad

Azərbaycan Respublikasının qanunvericiliyində ”sığorta müqaviləsinin yeni müddətə bağlanması”na dair birbaşa müddəa nəzərdə tutulmamışdır.

Beynəlxalq təcrübədən nümunə

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Sığorta Komitəsi Katibliyi: “İnkişaf etməkdə olan ölkələrdə Sığorta və Özəl Pensiya üzrə İcmal”, 1-ci Kitab (1999), səh.13:

Qeyri-həyat sığortası müqavilələri adətən bir illik, bəzi ölkələrdə isə orta müddətə (Fransa, İsveçdə 3 il müddətinə) bağlanır və “susmaqla razılıq” prinsipinə əsasən növbəti müddətə avtomatik olaraq uzadılmış hesab edilir. Həyat sığortasında və sağlamlıq sığortasında isə sığorta müqavilələri uzunmüddətli olur.

Fransa Respublikasının Sığorta Məcəlləsi - 2003-cü il, maddə L112-2:

...dayandırılmış sığorta müqaviləsinin yenidən qüvvəyə minməsi ilə bağlı sığortalının qeydiyyata alınmış məktubla etdiyi təklifə sığortaçı həmin təklifi aldıqdan 10 gün müddətində etiraz etmədikdə, həmin təklif qəbul edilmiş sayılır.