Belarus Respublikasının 1993-cü il 3 iyun tarixli “Sığorta haqqında” Qanunu, maddə 10:
Sığorta dəyəri (рус.–cтраховая стоимость) (sığorta qiyməti (рус–страховая оценка)) dedikdə, qanunvericiliklə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta marağı ilə əlaqəli olan əmlakın sığorta müqaviləsinin bağlandığı an tərəflərin razılığı ilə müəyyən edilən dəyəri başa düşülür.
Böyük Britaniyanın Dəniz risklərinin sığortası haqqında 1906-cı il Aktı, maddə 16-3:
Yüklərin və ya malların sığortası zamanı sığortalanmış əmlakın dəyəri ilə onun daşınma xərclərinin, həmçinin bütünlükdə sığortalanmaya çəkilən xərclərin cəmi sığorta dəyərini (eng.–insurable value) təşkil edir.
Almaniya Federativ Respublikasının Sığorta müqaviləsi Aktı - 2008-ci il, maddə 88:
Başqa cür razılaşdırılmamışdırsa, sığorta dəyəri – sığortanın bir və ya bir neçə predmetə aid olduğu halda sığorta hadisəsinin baş verməsi zamanı sığortalının sığortalanmış əmlakı bərpa etmək üçün, köhnə və yeni arasındakı fərqdən irəli gələn azalmış bazar dəyəri çıxılmaqla çəkməli olduğu xərc məbləğidir.
|