Müvafiq lisenziyası olan və sığortaçıya siğorta müqaviləsinin bağlanması, yenilənməsi və ya davam etdirilməsi üçün vasitəçilik xidməti göstərən şəxs.
Sığorta müqaviləsinin bağlanması, sığorta tarifi və sığorta haqqı barədə qərarlar qəbul etmək üçün sığortalının səhhəti, maliyyə imkanları, sığortalanan əmlakın vəziyyəti və digər bu kimi amillərin – sığorta risklərinin qiymətləndirilməsi üzrə sığortaçının (onun mütəxəssisinin və ya nümayəndəsinin) istifadə etdiyi üsul və metodların, habelə hərəkətlərinin məcmusu.
Sığorta müqaviləsinin bağlanması, sığorta tarifi və sığorta haqqı barədə qərarlar qəbul etmək üçün sığortalının səhhəti, maliyyə imkanları, sığortalanan əmlakın vəziyyəti və digər bu kimi amillərin – sığorta risklərinin qiymətləndirilməsi üzrə sığortaçının (onun mütəxəssisinin və ya nümayəndəsinin) istifadə etdiyi üsul və metodların, habelə hərəkətlərinin məcmusu.
Sığorta hadisəsi baş verdikdə sığortaçının sığorta olunan və ya faydalanan şəxsə sığorta müqaviləsində nəzərdə tutulmuş müvafiq dövriliklə ödəməli olduğu məbləğ.
Sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsi.
Hesab palataları vasitəsilə və bərabər ödənişlərin bir-birinə qarşılıqlı hesablaşmasına əsaslanaraq həyata keçirilən, banklararası nağdsız hesablaşma sistemidir.
Əvvəlki sığorta müqaviləsi üzrə sığorta predmetinə (sığorta olunana) münasibətdə sığorta riskləri ilə bağlı heç bir hadisə baş vermədiyi halda növbəti sığorta müqaviləsi üzrə sığorta haqlarının azaldılması, sığorta riskləri ilə bağlı hadisələrin baş verdiyi halda isə sığorta haqlarının artırılması üçün baza tarif dərəcələrinə tətbiq edilən güzəşt-əlavələr sistemi.
Sığorta brokeri – müvafiq lisenziyaya malik olan və sığorta (təkrarsığorta) müqaviləsinin bağlanması, yenilənməsi və ya davam etdirilməsi üçün sığortalıya (təkrarsığortalıya) vasitəçilik xidməti göstərən şəxs.
Xarici amillərin təsiri nəticəsində faktiki baş verən, sığorta olunanın sağlamlığının pozulmasına, əmək qabiliyyətinin müvəqqəti və ya daimi itirilməsinə və ya ölümünə səbəb olan qəfil, gözlənilməz hal.
Təkrarsığortaçının fərdi qaydada təklif olunan risklərin qəbul olunmasında və ya bundan imtina etməsində səlahiyyətli olduğu təkrarsığorta.
Sığorta hadisəsi baş verdikdə sığorta ödənişini almaq hüququ olan şəxs.
Digərinin haqq əsasında kiminsə əmtəə nişanından istifadə edilməsinə rəsmi icazədir.
Gant diaqramı (ingilis dilində Gantt chart, həmçinin lentvari diaqram, Gant qrafiki) — planların, hər hansı layihə üzrə iş qrafikinin təsviri məqsədilə istifadə edilən populyar sütunlu diaqramdır (histoqramdır). Layihələrin planlaşdırılması üsullarından biridir. Layihələrin idarə edilməsiüzrə əlavələrdə istifadə olunur.
Sığorta müqaviləsi ilə nəzərdə tutulmuş elə bir müddətdir ki, həmin müddətdə baş vermiş hadisəyə görə sığortaçı öhdəlik daşımır.
Sığorta olunanın ölümü, xəstəliyi və ya əmək qabiliyyətini itirməsi ilə bağlı sığorta ödənişinin birdəfəlik və ya dövri ödənişlər formasında ödənilməsini nəzərdə tutan sığorta növlərini əhatə edən sığorta sahəsi
Dövlətin sosial siyasəti baxımından əhəmiyyətli hesab edilən sahələrdə insanlara dəyə biləcək maddi və fiziki zərərlərlə bağlı maliyyə risklərinin azaldılması məqsədilə müəyyən risklərin sığorta etdirilməsinin qanunla tələb olunduğu, əsas qayda və şərtlərinin qanunvericiliklə müəyyən edildiyi sığorta.
Sığorta müqaviləsinə əsasən sığortaçının sığorta ödənişini həyata keçirmək vəzifəsinin yarandığı andan sığortalının həmin ödənişin həyata keçirilməsini tələb etmək hüququnun son tarixinədək olan müddət.
Əmlakın eyni risklərdən iki və ya daha çox sığortaçıda sığorta müqavilələri bağlandığı andakı həqiqi dəyərindən, yənisığorta dəyərindən artıq məbləğdə sığortalanması. Bu zaman sığorta hadisəsinin baş verdiyi halda sığortaçılardan hər biri onunla bağlanmış sığorta müqaviləsində nəzərdə tutulmuş sığorta məbləğinə mütənasib qaydada öhdəlik daşıyır.
İpoteka qoyanın (borclunun) ipoteka saxlayan (kreditor) qarşısındakı ipoteka müqaviləsində nəzərdə tutulan borc öhdəliklərini tam və ya qismən yerinə yetirə bilməməsi halında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan sığorta
Alışı və ya tələb olunan hərəkəti (anketin doldurulması, qeydiyyat və s.) həyata keçirmiş istifadəçilərin sayının sayta daxil olan istifadəçilərin ümumi sayına nisbətidir.
Qanunvericiliklə müəyyən edilmiş hallarda sığorta sektorunda peşəkar fəaliyyətin həyata keçirilməsinə rəsmi icazə verən səlahiyyətli dövlət orqanı tərəfindən verilən sənəd.
Marka Bələdçisi (Brandbook) — markanın mahiyyətinin və dəyərlərinin, şirkətin özünüeyniləşdirməsinin, həmçinin onların işçilər və istehlakçılar üçün işarələnməsinin forma və üsullarının rəsmi təsviridir. Şirkətin Marka Bələdçisi — şirkətin idarəetmə standartlarını və inkişafını, özünəməxsus üslubunu, missiya və fəlsəfəsini, bazardakı mövqeyini təsvir edən korporativ nəşrdir.