A-dan Z-yə terminlər (103)
Sözün izahı
|
Qanunvericilikdə ayrı hal nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi özündə nəzərdə tutulduğu andan qüvvəyə minir.
Misal:
Şəxs 01 may 2010-cu il tarixdə sığortaçı ilə həyat sığortası müqaviləsi bağlayır və müqavilənin sığorta haqqının ilk hissəsinin ödənilməsindən sonra qüvvəyə minməsi şərti müəyyən edilir. Şəxs 10 may 2010-cu il tarixdə, saat 15:20-də sığorta haqqının ilk hissəsini sığortaçıya ödəyir. Bu halda sığorta müqaviləsi həmin vaxtdan qüvvəyə minmiş hesab edilir, yəni sığortaçı həmin vaxtdan sonra baş vermiş hadisələrə görə sığorta ödənişi vermək öhdəliyi daşıyır.
|
|
Azərbaycan Respublikasının qanunvericiliyinə istinad |
Azərbaycan Respublikasının Mülki Məcəlləsi,
maddə 903.4: Müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minir.
maddə 906: İcbari sığorta qanunvericiliyində və ya könüllü sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta təminatının müddəti sığorta müqaviləsinin bağlandığı gün saat iyirmi dörddən başlanır və sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sığorta müqaviləsinə əsasən həmin müqavilənin qüvvədə olduğu sonuncu gün saat iyirmi dörddə başa çatır.
|
|
Beynəlxalq təcrübədən nümunə |
Latviya Respublikasının 1998-ci il 30 iyun tarixli “Sığorta müqaviləsi haqqında” Qanunu, maddə 7 (2)
Sığorta müqaviləsi sığorta haqqının və ya onun müqavilədə nəzərdə tutulan hissəsinin müqavilə ilə müəyyən edilmiş qaydada, müddətdə və məbləğdə ödənilməsinin növbəti günü qüvvəyə minir.
Bolqarıstan Respublikasının Sığorta Məcəlləsi - 2005-ci il, maddə 187:
Sığorta müqaviləsi sığorta haqqının tam olaraq və ya onun hissə-hissə ödənilməsinin razılaşdırıldığı halda ilk hissəsinin ödənilməsindən sonra qüvvəyə minir, bir şərtlə ki, qanunda başqa cür nəzərdə tutulmasın və ya müqavilədə başqa cür razılaşdırılmasın.
|
|