A-dan Z-yə terminlər (103)
A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   I   J   K   Q   L   M   N   O   Ö   P   R   S   T   U   Ü   V   Y   Z   Filtri ləğv et
terminlər "S" (37)
Sığorta sinifi

Sığorta fəaliyyətinin ayrı-ayrı sığorta növləri üzrə aparılmasının dövlət tənzimlənməsinin səmərəli həyata keçirilməsi üçün konkret predmetlərə aid ümumi xarakterli risklərin birləşdirilməsindən əmələ gələn sığorta təminatı qrupu.

Sığorta sirri

Sığorta münasibətlərinin peşəkar iştirakçılarının sığorta əməliyyatlarının həyata keçirilməsi prosesində əldə etdikləri, sığorta müqaviləsinin təfərrüatlarına dair, habelə sığorta müqaviləsinin aid olduğu müəyyən şəxslərlə bağlı qanunla nəzərdə tutulan, yayılmasına qanunla müəyyən edilmiş qaydada məhdudiyyət qoyulan məlumatlar.

Sığorta şəhadətnaməsi

Sığorta müqaviləsində nəzərdə tutulmuş şərtlər əsasında sığorta təminatının mövcudluğu faktını təsdiq edən, sığorta olunana verilməsi üçün sığortaçının birtərəfli qaydada imzaladığı sənəd.

Sığorta tarifi

Sığorta haqqının hesablanması üçün sığorta predmetinin və sığorta riskinin xarakteri nəzərə alınmaqla sığorta məbləği vahidinə tətbiq edilən müvafiq dərəcə.

Sığorta tələbi

Sığortalının sığorta hadisəsinin baş verməsi ilə əlaqədar sığortaçıdan sığorta ödənişini həyata keçirməsi barədə tələbini ifadə edən müraciəti.

Sığorta təminatı

Müəyyən risklərə qarşı sığorta müqaviləsi ilə verilən maliyyə müdafiəsinin həcmi.

Sığorta vasitəçisi

Sığorta və ya təkrarsığorta müqavilələrinin bağlanmasında, yenilənməsində və ya davam etdirilməsində həmin müqavilənin tərəflərindən birini təmsil etməklə müvafiq lisenziya əsasında ona vasitəçilik xidməti göstərən şəxs.

Sığorta əməliyyatları

Sığorta və ya təkrarsığorta müqavilələrinin bağlanmasına və yerinə yetirilməsinə yönəldilən əməliyyatlar, o cümlədən sığorta və sığorta vasitəçiliyi xidmətlərinin, habelə sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslər tərəfindən sığorta və ya təkrarsığorta risklərinin və zərərlərin qiymətləndirilməsi, sığorta hadisələrinin araşdırılması, zərərlərin tənzimlənməsi ilə bağlı xidmətlərin göstərilməsi ilə əlaqədar həyata keçirilən əməliyyatlar.

Sığortaçı

Müəyyən yurisdiksiyada sığorta fəaliyyətini həyata keçirmək üçün qanunla nəzərdə tutulmuş qaydada səlahiyyətləndirilmiş, sığorta müqaviləsində nəzərdə tutulan hallarda və qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan hüquqi şəxs.

Sığortalı

Müəyyən sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan və müvafiq sığorta müqaviləsinin tərəfi olan fəaliyyət qabiliyyətli və hüquq qabiliyyətli şəxs.

Sığortalıların Müdafiə (Zəmanət) Fondu

Sığortaçılar ödəmə qabiliyyətlərinin olmamasına görə sığorta müqavilələri üzrə öhdəliklərini yerinə yetirmək iqtidarında olmadıqda belə öhdəliklərin, həmçinin qanunvericilikdə nəzərdə tutulmuşdursa, sığortalanmamış risklər üzrə və ya naməlum şəxslər tərəfindən vurulan zərərlərin əvəzinin müəyyən olunmuş həddə ödənilməsini təmin edən mexanizm.

Sığortalıların Müdafiə (Zəmanət) Fondu

Sığortaçılar ödəmə qabiliyyətlərinin olmamasına görə sığorta müqavilələri üzrə öhdəliklərini yerinə yetirmək iqtidarında olmadıqda belə öhdəliklərin, həmçinin qanunvericilikdə nəzərdə tutulmuşdursa, sığortalanmamış risklər üzrə və ya naməlum şəxslər tərəfindən vurulan zərərlərin əvəzinin müəyyən olunmuş həddə ödənilməsini təmin edən mexanizm.

Subroqasiya

Sığorta ödənişi almış şəxsin sığorta hadisəsinin baş verməsində təqsirli olan səxs(lər)ə qarşı zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarının sığortaçıya keçməsi.

Şərikli sığorta

Riskin iki və ya daha çox sığortaçı arasında onların hər birinin hüquq və vəzifələrini ehtiva edən eyni müqavilə əsasında sığortalanması.

Şəxsi tutum

Sığorta riskinin sığortaçının təkrarsığorta etdirmədiyi və yalnız öz üzərinə götürdüyü hissəsi.