A-dan Z-yə terminlər (103)
A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   I   J   K   Q   L   M   N   O   Ö   P   R   S   T   U   Ü   V   Y   Z   Filtri ləğv et

Sığorta təminatı

Sözün izahı

Müəyyən risklərə qarşı sığorta müqaviləsi ilə verilən maliyyə müdafiəsinin həcmi.

Misal:

Şəxs sağlamlığını 45 000 manat həcmində tibbi sığorta etdirir. Bu o deməkdir ki, sığorta müqaviləsində nəzərdə tutulmuş risklərlə (xəstəliklərin baş verməsi və ya xəsarətlərin yaranması ilə) bağlı şəxsin səhhətində baş verən sağlamlığının pozulması hallarında onun müayinəsinə və müalicəsinə görə 45 000 manatlıq sığorta təminatı verilir. Yəni qeyd olunan hallarda müalicə və ya müayinəyə 45 000 manata qədər çəkilən xərclərin əvəzini sığortaçı ödəyəcək.

Azərbaycan Respublikasının qanunvericiliyinə istinad

Azərbaycan Respublikasının qanunvericiliyində ”sığorta təminatı”nın anlayışı verilməmişdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi, maddə 898.2:

Azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir.

Beynəlxalq təcrübədən nümunə

Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının «Sığorta Terminləri lüğəti» (2005), səh. 20:

Təminat (eng.–coverage)– sığorta polisi ilə təqdim edilən sığortanın həcmi.

"Beynəlxalq Sığorta və Maliyyə Lüğəti” CİB-Çikaqo və London  (1999), səh 187:

Sığorta təminatı (eng.–insurance cover)– sığortalanmış halların faktiki baş verməsi zamanı sığortalı üçün təminat verilmiş pul məbləği.