Səudiyyə Ərəbistanı Krallığının 2003-cü il 31 iyul tarixli “Korporativ Sığorta Şirkətlərinə nəzarət haqqında” Qanunu, maddə 12:
Bu Qanunun müddəalarının tətbiqi ilə əlaqəli hər hansı fəaliyyətin həyata keçirilməsi zamanı əldə edilən məlumatı yaymaq və ya bu məlumatdan hər hansı formada faydalanmaq hər bir kəsə qadağandır.
Qazaxıstan Respublikasının 2000-ci il 18 dekabr tarixli “Sığorta fəaliyyəti haqqında” Qanunu, maddə 44, bənd 3:
Yoxlama aparan şəxs sığorta (təkrarsığorta) təşkilatının, sığorta brokerinin fəaliyyətinin yoxlanılmasının gedişində əldə etdiyi, sığorta sirrini (рус.–тайна страхования) və ya kommersiya sirrini təşkil edən məlumatların yayılmasına görə Qazaxıstan Respublikasının qanunlarında nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.
Bolqarıstan Respublikasının Sığorta Məcəlləsi - 2005-ci il,
maddə 93. Sığorta sirrinin qorunması (eng.–safeguarding theinsurance secrecy):
(1) Sığortaçı, idarəetmə və nəzarət orqanlarının üzvləri, auditorlar, həmçinin sığortaçıya işləyən digər şəxslər, o cümlədən 60-cı maddəyə (əməliyyatların icrasının sığortaçı tərəfindən üçüncü şəxslərə verilməsi)əsasən sığortaçının müqavilə bağladığı şəxslər öz funksiyalarının icrası ilə əlaqədar onlara məlum olan bütün və hər bir informasiyanın məxfiliyini qorumaq öhdəliyi daşıyırlar. Birinci cümlədə göstərilən şəxslər əldə edilmiş məlumatları özü şəxsi mənfəətləri üçün və ya digər şəxslərin xeyrinə, həmçinin funksiyalarının icrasından başqa məqsədlər üçün istifadə edə bilməzlər.
(2) Birinci bənddə nəzərdə tutulan öhdəliklər sığorta və təkrarsığorta vasitəçilərinə, həmçinin onların işçilərinə də şamil edilir.
(3) Sığortaçının bütün işçiləri və idarəetmə və nəzarət orqanlarının üzvləri vəzifəyə təyin olunarkən Sığorta Sirrinin Qorunması haqda Bəyannaməni imzalamalıdırlar.
maddə 94: Sığorta sirrinin açıqlanması (eng.– disclosure of insurance secrecy):
93-cü maddənin 1-ci bəndi üzrə məlumatların (Maliyyə Nəzarəti) Komissiya(/sına/)ya, Komissiyanın Sədr müavininə və Komissiyanın administrasiyasının səlahiyyətli şəxslərinə açıqlanması ilə yanaşı, yuxarıda göstərilən məlumatlar
- Məlumatın aid olduğu şəxsin aydın yazlı razılığı ilə;
- Qanunda nəzərdə tutulmuş prosedura əsasən məhkəmə, prokurorluq, istintaq və polis orqanlarına;
- Pulların yuyulmasına qarşı Tədbirlər haqqında Qanunda nəzərdə tutulmuş prosedura, qayda və şərtlərə əsasən Maliyyə Monitorinqi Agentliyinə;
- Təminat Fonduna və Bolqarıstan Avtonəqliyyat Sığortaçılarının Milli Bürosuna, onların bu Məcəlləyə əsasən fəaliyyətləri ilə əlaqədar;
Sığorta dələduzluğunun qarşısının alınmasına yönələn informasiya sistemlərinin hazırlanması məqsədləri üçün.
|