Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/nizami83/public_html/includes/Parser.php on line 129
Sığortalıların Müdafiə (Zəmanət) Fondu | ENA.az
A-dan Z-yə terminlər (103)
A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   I   J   K   Q   L   M   N   O   Ö   P   R   S   T   U   Ü   V   Y   Z   Filtri ləğv et

Sığortalıların Müdafiə (Zəmanət) Fondu

Sözün izahı

 

Sığortaçılar ödəmə qabiliyyətlərinin olmamasına görə sığorta müqavilələri üzrə öhdəliklərini yerinə yetirmək iqtidarında olmadıqda belə öhdəliklərin, həmçinin qanunvericilikdə nəzərdə tutulmuşdursa, sığortalanmamış risklər üzrə və ya naməlum şəxslər tərəfindən vurulan zərərlərin əvəzinin müəyyən olunmuş həddə ödənilməsini təmin edən mexanizm.

Əlavə izahat və misal:

Bir çox ölkələrin qanunvericiliyində nəzərdə tutulur ki, həyat sığortası, nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və s. üzrə fəaliyyətlə məşğul olmaq üçün sığortaçılar Sığortalıların Zəmanət Sisteminin üzvü olmalıdırlar. Bu cür sistemlər, adətən, fond, hüquqi şəxslərin ittifaqı, büro və s. kimi adlanır. “A” həyat sığorta şirkəti, qanunvericiliyin tələbi olduğu üçün Həyat Sığortası üzrə Zəmanət Fondunun iştirakçısıdır və bağladığı müqavilələr üzrə daxil olan sığorta haqlarının 2%-ni iştirak haqqı kimi Fonda ödəyir. Həmin dövrdə“A” sığortaçıda bir şəxsin həyatı 25 il müddətinə bağlanan sığorta müqaviləsi əsasında 100 000 manat məbləğində sığortalanır. 20 ildən sonra şəxs dünyasını dəyişir, yəni müqavilə üzrə sığorta hadisəsi baş verir. Bu zaman “A” sığorta şirkəti müflis olmaq ərəfəsində olduğu üçün, sığorta ödənişini şəxsin vərəsəsinə ödəyə bilmir. Zəmanət Fondu “A” sığortaçının əvəzində 100 000 manat məbləğində vəsaiti həmin vərəsəyə ödəyir.

Azərbaycan Respublikasının qanunvericiliyinə istinad

Azərbaycan Respublikasının qanunvericiliyində ”sığortalıların müdafiə (zəmanət) fondu” anlayışı və bu cür fondla bağlı hər hansı mexanizm nəzərdə tutulmamışdır.

Beynəlxalq təcrübədən nümunə

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Sığorta Komitəsi Katibliyi: “İnkişaf etməkdə olan ölkələrdə Sığorta və Özəl Pensiya üzrə İcmal”, 1-ci Kitab (1999),

səh.23: Əgər sığortaçı sığortalıların mümkün itkilərinə səbəb ola biləcək ləğvetmə prosesinə gedirsə, sığortalıların itkilərinin azaldılması üçün dövlət tərəfindən idarə olunan və ya dəstəklənən təminat fondu (sığortalıları müdafiə fondu (eng.– policyholders protection fund)), yaxud digər mexanizm vasitəsilə hər bir sığortalıya maksimum ödənişlərin verilməsi və ya itkilərin bölüşdürülməsi təmin olunmalıdır.

səh.40: İƏİT-ə daxil olan əksər ölkələrdə sığorta şirkətlərinin maliyyə çətinliyi və ya müflisləşmə üzündən öz öhdəliklərini yerinə yetirə bilməməsi halında sığortalıların müdafiəsi üçün ən azı bir (sığortalıların müdafiə)fond(u)və ya mexanizm fəaliyyət göstərir. Belə fondlar iki cür olur:

  • müəyyən sığorta sinifləri üzrə fondlar;
  • ümumi fondlar.

Qazaxıstan Respublikasının 2003-cü il 03 iyun tarixli “Sığorta ödənişlərinin təminat fondu haqqında” Qanunu, maddə 1, bənd 12:

Sığorta ödənişlərinin zəmanət sistemi (рус.– система гарантирования страховых выплат) – iştirakçı sığortaçının məcburi ləğvi halında sığorta hadisəsinin baş verdiyi zaman sığortalıların (sığorta olunanların, faydalanan şəxslərin) hüquq və qanuni mənafelərinin müdafiəsinə yönəlmiş, bu Qanunla nəzərdə tutulan təşkilati-hüquqi tədbirlər kompleksi.