A-dan Z-yə terminlər (103)
Sözün izahı
|
Sığorta riskinin sığortaçının təkrarsığorta etdirmədiyi və yalnız öz üzərinə götürdüyü hissəsi.
Misal:
Sığortaçının fərdi qəza sığorta müqavilələri üzrə qəbul etdiyi risklərin ümumi həcmi 10 000 000 manat təşkil edir və bu risklərin 6 500 000 manat hissəsi təkrarsığorta etdirilmişdir. Qalan 3 500 000 manat məbləğində risklər isə sığortaçının fərdi qəza sığortası üzrə şəxsi tutumu hesab olunur.
|
|
Azərbaycan Respublikasının qanunvericiliyinə istinad |
«Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli Qanunu,
maddə 1.1.22: şəxsi tutum – sığorta və ya təkrarsığorta müqaviləsinə əsasən sığorta riskinin sığortaçının (təkrarsığortalının) öhdəliyində qalan hissəsi.
maddə 79.6: Sığortaçının bir sığorta predmeti üzrə sığorta riskləri ilə bağlı şəxsi tutumunun həcmi onun məcmu kapitalının 10 faizindən çox olmamalıdır.
maddə 79.7: Bu Qanunun 79.6-cı maddəsinin tələbi nəzərə alınmaqla, sığortaçının əmlak sığortasına aid bir sığorta müqaviləsi üzrə risklərlə bağlı şəxsi tutumunun həcmi onun məcmu kapitalının 30 faizindən çox olmamalıdır.
|
|
Beynəlxalq təcrübədən nümunə |
Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının «Sığorta Terminləri lüğəti» (2005), səh.45:
Xalis tutum (eng.–net retention)–özündə saxlamaq istəmədiyi risk məbləğinin təkrarsığorta etdirilməsindən sonra şirkətin öz üzərində saxladığı sığorta məbləği.
Qazaxıstan Respublikasının 2000-ci il 18 dekabr tarixli “Sığorta fəaliyyəti haqqında” Qanunu,
maddə 3: şəxsi tutum (рус.– собственное удержание)– sığorta və ya təkrarsığorta müqaviləsinə uyğun olaraq öhdəliyin sığortaçının və ya təkrarsığortalının (sedentin) öz hesabına məsuliyyət daşıdığı hissəsi.
maddə 46, bənd 5: Sığortaçının (təkrarsığortaçının) bir sığorta və ya təkrarsığorta müqaviləsi üzrə şəxsi tutumunun ən yuxarı məbləği aktuari tərəfindən hesablanmalı və ödəmə qabiliyyəti səviyyəsinin faktiki məbləğini aşmamalıdır.
|
|