A-dan Z-yə terminlər (103)
Sözün izahı
|
Sığortalının sığorta hadisəsinin baş verməsi ilə əlaqədar sığortaçıdan sığorta ödənişini həyata keçirməsi barədə tələbini ifadə edən müraciəti.
Misal:
Şəxs öz mənzillinin sığortalanması barədə sığortaçı ilə müqavilə bağlayır. Sığorta müddəti ərzində yanğın baş verir və şəxs sığortaçını bu barədə dərhal xəbərdar edir. Bundan sonra o, sığortaçıya sığorta ödənişinin verilməsi barədə yazılı formada müraciət edir. Bu müraciət həm adi ərizə və ya məktub formasında, həm də sığortaçının verdiyi, sığorta hadisəsi barədə standart blankın doldurulması və imzalanması yolu ilə təqdim edilə bilər. Formasından asılı olmayaraq, sığortaçıya təqdim olunan bu cür yazılı müraciət sığorta tələbidir.
|
|
Azərbaycan Respublikasının qanunvericiliyinə istinad |
«Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli Qanunu, maddə 1.1.20:
Sığorta hadisəsi baş verdikdə sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya öz vəzifələrini qanunvericiliyə və sığorta müqaviləsinə uyğun olaraq icra etməsi barədə müraciəti;
|
|
Beynəlxalq təcrübədən nümunə |
Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının «Sığorta Terminləri lüğəti» (2005), səh. 15:
Siğorta tələbi (eng.–claim)– sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq sığorta ödənişinin həyata keçirilməsi üçün sığortaçıya edilən müraciət.
Malayziya Federasiyasının Sığorta Aktı - 1996-cı il, I hissə, 2-ci maddə, əlli yeddinci abzas:
sığorta tələbi (eng.–insurance claim) –sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişinin ödənilməsi tələbi.
|
|