A-dan Z-yə terminlər (103)
A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   I   J   K   Q   L   M   N   O   Ö   P   R   S   T   U   Ü   V   Y   Z   Filtri ləğv et

Sığorta vasitəçisi

Sözün izahı

 

Sığorta və ya təkrarsığorta müqavilələrinin bağlanmasında, yenilənməsində və ya davam etdirilməsində həmin müqavilənin tərəflərindən birini təmsil etməklə müvafiq lisenziya əsasında ona vasitəçilik xidməti göstərən şəxs.

Misallar üçün bax: “AGENT (SIĞORTA AGENTİ)” və “BROKER (SIĞORTA BROKERİ)”.

Azərbaycan Respublikasının qanunvericiliyinə istinad

«Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli Qanunu, maddə 82.1:

Bu Qanunun məqsədləri üçün sığorta agentləri və sığorta brokerləri sığorta vasitəçiləri hesab edilir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi, maddə 937.1:

Sığorta (təkrarsığorta) müqaviləsi tərəflər arasında həm birbaşa, həm də sığorta vasitəçilərinin - sığorta agentlərinin və ya sığorta brokerlərinin xidmətindən istifadə etməklə bağlana bilər.

Beynəlxalq təcrübədən nümunə

Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının «Sığorta Terminləri lüğəti» (2005), səh. 36:

Sığorta vasitəçisi (eng.–insurance intermediary) – sığorta vasitəçiliyinə cəlb edilmiş hər hansı fiziki və ya hüquqi şəxs…”Müstəqil vasitəçilər” – sığortaçı ilə münasibətlərdə müştərini təmsil edən “müstəqil broker” və sığortaçını təmsil edən “agent”…

Türkiyə Cümhuriyyətinin 2007-ci il 3 iyun tarixli Sığortaçılıq Qanunu, maddə 2, b):

“Vasitəçi” dedikdə, sığorta agenti və brokeri başa düşülür.