«Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli Qanunu, maddə 14:
14.2. Həyat sığortası sığorta obyektinə görə şəxsi sığortaya aid olan aşağıdakı sığorta siniflərini özündə birləşdirir:
14.2.1. … həyatın ölüm halından sığortası;
14.2.2. … həyatın yaşam sığortası;
14.2.3. …annuitet sığortası;
14.2.4. … əmək qabiliyyətinin sığortası;
14.2.5. ... sağalmaz xəstəliklərdən sığorta.
14.3. Qeyri-həyat sığortası (ümumi sığorta) özündə aşağıdakı sığorta siniflərini birləşdirir:
14.3.1. sığorta obyektinə görə şəxsi sığortaya aid olan siniflər:
14.3.1.1. … fərdi qəza və xəstəlik sığortası;
14.3.1.2. … tibbi sığorta;
14.3.1.3. bu Qanunun 14.3.1.1-ci və 14.3.1.2-ci maddələrində göstərilməyən, sığorta obyektinə görə şəxsi sığortaya aid olan digər siniflər.
14.3.2. Sığorta obyektinə görə əmlak sığortasına aid olan əmlakın sığortası üzrə aşağıdakı siniflər:
14.3.2.1. … əmlakın yanğından və digər risklərdən sığortası;
14.3.2.2. … avtonəqliyyat vasitələrinin sığortası;
14.3.2.3. … dəmiryol nəqliyyatı vasitələrinin sığortası;
14.3.2.4. … hava nəqliyyatı vasitələrinin sığortası;
14.3.2.5. … su nəqliyyatı vasitələrinin sığortası;
14.3.2.6. … yüklərin (nəqliyyat) sığortası;
14.3.2.7. bu Qanunun 14.3.2.1-14.3.2.6-cı maddələrində göstərilməyən, sığorta obyektinə görə əmlak sığortasına aid olan əmlakın sığortası ilə bağlı digər siniflər.
14.3.3. Sığorta obyektinə görə əmlak sığortasına aid olan mülki məsuliyyətin sığortası üzrə aşağıdakı siniflər:
14.3.3.1. …avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası;
14.3.3.2. …dəmiryol nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası;
14.3.3.3. …hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası;
14.3.3.4. …su nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası;
14.3.3.5. … yük daşıyanın mülki məsuliyyətinin sığortası;
14.3.3.6. ... mülki-hüquqi müqavilə üzrə mülki məsuliyyətin sığortası;
14.3.3.7. …peşə məsuliyyətinin sığortası;
14.3.3.8. …işəgötürənin məsuliyyət sığortası;
14.3.3.9. ... ümumi mülki məsuliyyətin sığortası.
14.3.4. Sığorta obyektinə görə əmlak sığortasına aid olan kredit sığortası üzrə aşağıdakı siniflər:
14.3.4.1. ... kreditlərin sığortası;
14.3.4.2. … ipoteka sığortası;
14.3.4.3. bu Qanunun 14.3.4.1-14.3.4.2-ci maddələrində göstərilməyən, sığorta obyektinə görə əmlak sığortasına aid olan kreditlərin sığortası üzrə digər siniflər.
14.3.5. Sığorta obyektinə görə əmlak sığortasına aid olan qarışıq maliyyə risklərinin sığortası üzrə aşağıdakı siniflər:
14.3.5.1. …bazar dəyərinin düşməsi riskindən sığorta;
… işin dayanması ilə bağlı risklərdən sığorta.
|