A-dan Z-yə terminlər (103)
Sözün izahı
|
Müəyyən sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan və müvafiq sığorta müqaviləsinin tərəfi olan fəaliyyət qabiliyyətli və hüquq qabiliyyətli şəxs.
Misal:
Şəxs öz mənzilini sığorta etdirmək məqsədi ilə sığortaçı ilə müqavilə bağlayır və həmin müqavilənin şərtlərinə uyğun olaraq sığorta haqqını ödəyir. Həmin şəxs sığorta müqaviləsini bağladığı andan sığortalı hesab edilir.
|
|
Azərbaycan Respublikasının qanunvericiliyinə istinad |
«Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli Qanunu,maddə 1.1.4 və Azərbaycan Respublikasının Mülki Məcəlləsi, maddə 884.4:
Sığortalı – sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfi.
«İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» Azərbaycan Respublikasının 2010-cu il 11 may tarixli Qanunu, maddə 2.0.4:
sığortalı – sığorta olunanın xeyrinə icbari sığorta müqaviləsi bağlayan Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqi və fiziki şəxslər, dövlət orqanları.
|
|
Beynəlxalq təcrübədən nümunə |
Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının «Sığorta Terminləri lüğəti» (2007), səh. 31:
Sığortalı (eng.– policyholder) – sığorta polisinin verildiyi müqavilənin tərəfi.
"Rusiya Federasiyasında sığorta işinin təşkili haqqında” Rusiya Federasiyasının Qanunu, maddə 5:
Sığortalılar (рус.– cтрахователи) – sığortaçı ilə sığorta müqaviləsi bağlayan, yaxud qanunla sığortalı hesab edilən hüquqi şəxslər və ya fəaliyyət qabiliyyətli fiziki şəxslər.
İordaniya Krallığının “Sığorta tənzimlənməsi Aktı” -1999-cu il, maddə 2:
Sığortalı (eng.– insured) – sığortaçı ilə sığorta müqaviləsi bağlamış şəxs.
|
|