Fakov V. Y. “Sığorta. İngiliscə-rusca və rusca-ingiliscə lüğət”; Moskva “Beynəlxalq münasibətlər” – 2007:
Sığorta əməliyyatları (рус.–cтраховые операции)– sığorta üzrə əməliyyatlar.
Rusiya Federasiyasının Vergi Məcəlləsi, II Hissə - 2000-ci il, maddə 149, 3-cü bənd, 7)-ci yarımbənd, ikinci abzas:
Bu maddənin məqsədləri üçün sığorta, şərikli sığorta və təkrarsığorta üzrə əməliyyatlar o əməliyyatlar sayılır ki, bunun nəticəsində sığorta təşkilatı
- təkrarsığortaçının ödədiyi komissiyalar (o cümlədən tantyema) daxil olmaqla, sığorta, şərikli sığorta və təkrarsığorta müqavilələri üzrə sığorta haqları,
- təkrarsığorta müqaviləsi üzrə sığorta haqqının üzərinə hesablanan və təkrarsığortalının təkrarsığortaçıya ödədiyi faizlər,
- sığortaçıların adından və onların tapşırığı əsasında müəyyən olunmuş qaydada şərikli sığorta müqaviləsi bağlamış sığorta təşkilatı tərəfindən alınan sığorta haqları,
- sığortalıya vurulan zərərə görə məsuliyyət daşıyan şəxsdən subroqasiya qaydasında sığortaçı tərəfindən alınan vəsaitlər əldə edir.
www.glossary.ru internet saytı:
Sığorta əməliyyatları – sığorta təşkilatlarının sığortanın həyata keçirilməsi ilə birbaşa bağlı olan bütün növ fəaliyyətlərinin məcmusu…Sığortalı ilə bilavasitə əlaqəsi olmayan işlər – investisiya fəaliyyəti, dövlət büdcəsi və ya banklarla qarşılıqlı münasibətlər, işçilərin əməyinin ödənilməsi sığorta əməliyyatlarına aid edilmir.
|