Rusiya Federasiyanın 1992-ci il 27 noyabr tarixli “Rusiya Federasiyasında sığorta işinin təşkili haqqında” Qanunu, maddə 11:
Sığorta tarifi (рус.–страховой тариф) – sığorta obyekti və sığorta riskinin xarakteri nəzərə alınmaqla sığorta haqqının sığorta məbləğinə olan faiz nisbəti.
Rusiya Federasiyasının Mülki Məcəlləsi, II Hissə - 1996-cı il, maddə 954, bənd 2:
Sığortaçı sığorta müqaviləsi üzrə ödənilməli olan sığorta haqqının həcmini müəyyənləşdirərkən sığorta obyekti və sığorta riskinin xarakteri nəzərə alınmaqla sığorta məbləği vahidinin əsasında işləyib hazırladığı sığorta tariflərini tətbiq etmək hüququna malikdir.
Türkiyə Cümhuriyyətinin 2007-ci il 3 iyun tarixli Sığortaçılıq Qanunu, maddə 12, (1):
Sığorta tarifləri (eng.–insurance tariffs) sığortanın prinsiplərinə və ümumqəbuledilmiş aktuar metodlarına əsasən sığorta şirkətləri tərəfindən sərbəst müəyyən edilir. Lakin bu Qanunda və digər qanunlarda nəzərdə tutulmuş icbari sığortalar üzrə təminat məbləğləri, tariflər və təlimatlar isə Nazirlik tərəfindən müəyyən edilməklə Qəzetdə dərc olunur.
|