A-dan Z-yə terminlər (103)
A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   I   J   K   Q   L   M   N   O   Ö   P   R   S   T   U   Ü   V   Y   Z   Filtri ləğv et
Titul sığortasi

Digər şəxslərin hər hansı bir əmlaka mülkiyyət hüququnun mübahisələndirilməsi ilə əlaqədar qaldırdıqları iddiaları əsasında həmin əmlaka mülkiyyət hüququnun itirilməsi riskindən sığorta.

Təkaful

Şəriət (İslam hüququ) əsasında həyata keçirilən, iştirakçıların qarşılıqlı kömək və könüllü yardım etmə prinsiplərinə əsaslanan, İslam dinində qadağan olunan əqdləri və əməliyyatları istisna edən, riskin, zərərin və gəlirin tərəflər arasında bölüşdürüldüyü sığorta mexanizmi.

Təkrarsığorta

Sığortaçının sığortaladığı riskləri müqavilə əsasında tam və ya qismən digər sığortaçı (təkrarsığortaçı) ilə bölüşdürməsi və ya ona ötürməsi.

Təkrarsığorta müqaviləsi

Sığortaçı (təkrarsığortalı) və təkrarsığortaçı arasında bağlanan və sığorta risklərinin müəyyən hissəsinin və ya bütövlükdə təkrarsığortaçıya ötürülməsini və ya onunla bölüşdürülməsini müəyyən edən yazılı razılaşma.

Təkrarsığortaçi

Müvafiq lisenziya əsasında ilkin sığortaçı və ya ilkin təkrarsığortaçı tərəfindən bağlanmış sığorta və ya təkrarsığorta müqavilələri üzrə sığortalanmış (təkrarsığortalanmış) risklərə təkrarsığorta təminatı verən hüquqi şəxs.

Təkrarsığortalı

Sığorta və ya təkrarsığorta müqaviləsi üzrə müvafiq olaraq qəbul etdiyi (sığortaladığı və ya təkrarsığortaladığı) riskləri başqa sığortaçıda və ya təkrarsığortaçıda təkrarsığorta etdirən təkrarsığorta müqaviləsinin tərəfi.

Tələb olunan kapital

Sığortaçının maliyyə sabitliyinin və ödəmə qabiliyyətinin təmin edilməsi üçün tələb olunan, fəaliyyəti ilə bağlı təminat verdiyi risklərin nəzərə alınması ilə qanunvericiliklə və ya sığorta nəzarəti orqanı tərəfindən müəyyən edilən vəsaitin məbləği.

Təminat şəhadətnaməsi

Sığorta brokerinin sığortalıya (təkrarsığortalıya) verdiyi və sığorta (təkrarsığorta) risklərinin yerləşdirilməsini təsdiq edən, habelə risklərin yerləşdirilməsinin təfərrüatını əks etdirən sənəd.

Tənzimləmə xərcləri

Sığorta müqaviləsi üzrə baş vermiş zərərlərin araşdırılması və qiymətləndirilməsi prosesi üzrə çəkilən xərclərin ümumi məbləği.

Tərəfdaş marketinqi

Biznesin İnternet vasitəsilə (satıcılar/reklamçılar tərəfindən) inkişaf etdirilməsi irəlilədilməsi metodudur. Bu zaman tərəfdaşın sayta cəlb etdiyi hər bir ziyarətçi, abunəçi, alıcı və/və ya onun onun səyi nəticəsində satılmış hər bir mal üçün mükafat alır.

Zərərlər ehtiyatı

Bildirilmiş və ya bildirilməmiş sığorta hadisələri nəticəsində dəyən zərərlərlə bağlı sığortaçının qiymətləndirilmiş öhdəliklərini təmin edən vəsaitlərin miqdarı.

Əlavə ödəniş

Şəxsi sığortaya aid sığorta müqavilələrində sığorta olunanın sağlamlığına zərər dəyməsi ilə əlaqədar onun müvafiq yardım növlərinə ehtiyacı olduğu və bu cür yardımları pulsuz almaq hüququna malik olmadığı halda müalicəsi, əlavə qidalanması, dərman vasitələrinin alınması, prоtezləşdirmə, kənar qulluqla təmin edilməsi, sanatоriya-kurоrt müalicəsi, xüsusi nəqliyyat vasitələrinin əldə edilməsi, başqa peşəyə hazırlığı ilə əlaqədar tələb olunan əlavə xərcləri, əmlak sığortasına aid müqavilələrdə isə sığortalının (sığorta olunanın) zərərin qarşısının alınması və ya azaldılması məqsədilə çəkdiyi əlavə xərclər.

Əldəetmə xərcləri

Sığorta haqqı məbləğinin sığorta müqaviləsinin bağlanmasına sərf olunmuş hissəsi.

Əldən çıxmış fayda

Mülki məsuliyyətin sığortası müqaviləsi üzrə sığorta hadisəsi baş verməsəydi, həmin müqavilə üzrə faydalanan şəxsin adi mülki dövriyyə şəraitində əldə etmiş olacağı, lakin sığorta hadisəsinin baş verməsi səbəbindən əldə edə bilmədiyi fayda (gəlir).

Əlillik

Əmək qabiliyyətinin itirilməsinin qanunvericiliklə müəyyən olunmuş qaydada tanınması halı.