A-dan Z-yə terminlər (103)
Sözün izahı
|
Əmək qabiliyyətinin itirilməsinin qanunvericiliklə müəyyən olunmuş qaydada tanınması halı.
Misal: Şəxs ayağından zədə alır və hərəkət etməkdə çətinlik çətir. Bundan sonra o, bir sıra prosedurlardan (tibbi ekspertiza, komissiyadan və s.) keçir və səlahiyyətli dövlət orqanı onun əmək qabiliyyətini tam və ya qismən itirməsini qanunvericiliklə müəyyən olunmuş qaydada təsdiqləyir. Bu halda qanunvericiliyin tələbləri ilə həmin şəxsə xüsusi status təyin olunur və bu status ona digər vətəndaşlara nisbətən bir sıra imtiyazlar verir. Həmin status əlillik adlanır.
|
|
Azərbaycan Respublikasının qanunvericiliyinə istinad |
“Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun,
maddə 2:
Əlil– anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxs.
|
|
Beynəlxalq təcrübədən nümunə |
Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının «Sığorta Terminləri lüğəti» (2005), səh. 23:
Əlillik (eng.-disability) – qəza və ya xəstəlik səbəbindən öz əmək funksiyalarını icra etmək qabiliyyətinin tam və ya qismən itirilməsi.
|
|