A-dan Z-yə terminlər (103)
A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   I   J   K   Q   L   M   N   O   Ö   P   R   S   T   U   Ü   V   Y   Z   Filtri ləğv et

Təkrarsığorta müqaviləsi

Sözün izahı

 

Sığortaçı (təkrarsığortalı) və təkrarsığortaçı arasında bağlanan və sığorta risklərinin müəyyən hissəsinin və ya bütövlükdə təkrarsığortaçıya ötürülməsini və ya onunla bölüşdürülməsini müəyyən edən yazılı razılaşma.

Misal.

Şəxs öz mənzilini “A” sığortaçıda sığorta etdirir. “A” sığortaçı da öz növbəsində həmin mənzillə bağlı qəbul etdiyi riskin 60 faizini sığorta fəaliyyəti və ya müstəsna olaraq təkrarsığorta fəaliyyəti üçün lisenziyası olan “B” təkrarsığorta şirkətində təkrarsığorta etdirməyi razılaşdırır. “A” sığortaçı (təkrarsığortalı) ilə “B” təkrarsığorta şirkəti (təkrarsığortaçı) arasındakı bu razılaşmanı əks etdirən, həmçinin təkrarsığortalının ödədiyi təkrarsığorta haqqının məbləğini müəyyən edən, sığorta hadisəsi baş verdikdə isə sığortalıya və ya faydalanan şəxsə verilməli olan sığorta ödənişi məbləğinin təkrarsığortaçının riskdəki payına (60 %) mütənasib hissəsinin ödənilməsni və digər şərtləri nəzərdə tutan ikitərəfli əqd təkrarsığorta müqaviləsidir.

Azərbaycan Respublikasının qanunvericiliyinə istinad

Azərbaycan Respublikasının Mülki Məcəlləsi, maddə 883.2:

Təkrarsığortalının müvafiq təkrarsığorta haqqı ödəməsi müqabilində sığortaladığı risklərin bütövlükdə və ya bir hissəsinin təkrarsığortaçıya ötürülməsi və ya onunla bölüşdürülməsi şərtlərinin təsbit edildiyi razılaşma.

Beynəlxalq təcrübədən nümunə

Rusiya Federasiyasının Mülki Məcəlləsi, II Hissə - 1996-cı il, maddə 967:

Sığorta müqaviləsi üzrə sığortaçının üzərinə götürdüyü sığorta ödənişini həyata keçirmək riski onun tərəfindən digər sığortaçıda (sığortaçılarda) sonuncularla təkrarsığ