A-dan Z-yə terminlər (103)
A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   I   J   K   Q   L   M   N   O   Ö   P   R   S   T   U   Ü   V   Y   Z   Filtri ləğv et

Təkrarsığortalı

Sözün izahı

Sığorta və ya təkrarsığorta müqaviləsi üzrə müvafiq olaraq qəbul etdiyi (sığortaladığı və ya təkrarsığortaladığı) riskləri başqa sığortaçıda və ya təkrarsığortaçıda təkrarsığorta etdirən təkrarsığorta müqaviləsinin tərəfi.

Misal.

Şəxs öz mənzilini “A” sığortaçıda sığorta etdirir. “A” sığortaçı da öz növbəsində həmin mənzillə bağlı qəbul etdiyi riskin 60 faizini sığorta fəaliyyəti və ya müstəsna olaraq təkrarsığorta fəaliyyəti üçün lisenziyası olan “B” təkrarsığortaçıda təkrarsığorta etdirir. Bu halda “B” təkrarsığortaçı ilə təkrarsığorta müqaviləsi bağlayaraq təkrarsığorta haqqı ödəyən, bunun müqabilində sığorta riskinin bir hissəsini təkrarsığortaçıya ötürən, sığorta hadisəsi baş verdikdə isə sığortalıya və ya faydalanan şəxsə verilməli olan sığorta ödənişi məbləğinin sığorta riskindəki payından artıq (60 %) hissəsinə mütənasib məbləğin ödənilməsini “B” təkrarsığortaçıdan tələb edən “A” sığorta şirkəti təkrarsığortalıdır.

Azərbaycan Respublikasının qanunvericiliyinə istinad

«Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli Qanunu, maddə 1.1.8:

təkrarsığortalı – sığortaladığı və ya təkrarsığortaladığı riskləri təkrarsığorta müqaviləsi əsasında təkrarsığorta etdirən (təkrarsığortaya ötürən) sığortaçı və ya təkrarsığortaçı.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi, maddə 884.8:

Təkrarsığortalı sığortaladığı və ya təkrarsığortaladığı riskləri təkrarsığorta müqaviləsi əsasında təkrarsığorta etdirən (təkrarsığortaya ötürən) sığortaçı və ya təkrarsığortaçıdır.

Beynəlxalq təcrübədən nümunə

Təkrarsığorta üzrə VI Ümumrusiya konfransında (2002-ci il 21-22 mart) qəbul edilmiş “Təkararsığortanın standart şərtləri, maddə 1:

Təkrarsığortalı (рус.–перестрахователь) – riski təkrarsı-ğortaya (retrosessiyaya) ötürən tərəf.

“Barrons Educational Series” “Sığorta terminləri lüğəti”, beşinci nəşr, səh 76:

Təkrarsığortalı (eng.–reinsured)– bax: sedent şirkət (eng.–ceding company) – riski təkrarsığorta şirkətinə ötürən sığorta şirkəti.