A-dan Z-yə terminlər (103)
Sözün izahı
|
Mülki məsuliyyətin sığortası müqaviləsi üzrə sığorta hadisəsi baş verməsəydi, həmin müqavilə üzrə faydalanan şəxsin adi mülki dövriyyə şəraitində əldə etmiş olacağı, lakin sığorta hadisəsinin baş verməsi səbəbindən əldə edə bilmədiyi fayda (gəlir).
Misal: Şəxs öz mülkiyyətində olan və aylıq 500 manata kirayəyə verdiyi mənzili sığorta etdirir. Mənzildə sığorta hadisəsi (yanğın) baş verir. Şəxs mənzili əvvəlki vəziyyətə qaytarmaq üçün iki həftə ərzində təmir işləri aparır və kirayəçi həmin müddət ərzində öz qohumunun evində qalır. Nəticədə həmin ay üçün 500 manat deyil, 250 manat kirayə haqqı ödəyir. Bu halda şəxsin yanğın səbəbindən itirdiyi 250 manat (500–250=250 manat) əldən çıxmış fayda adlanır. Əldən çıxmış faydanın da ödənilməsi sığorta müqaviləsində nəzərdə tutulmuşdursa, bu halda yanğın nəticəsində əmlaka dəyən zərərin ödənilməsi ilə yanaşı qeyd olunan əldən çıxmış faydanın da məbləği sığorta ödənişi qismində sığortaçı tərəfindən ödənilməlidir.
|
|
Azərbaycan Respublikasının qanunvericiliyinə istinad |
Azərbaycan Respublikasının Mülki Məcəlləsi,
maddə 21.2: Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
|
|
Beynəlxalq təcrübədən nümunə |
Belarus Respublikasının Mülki Məcəlləsi - 1998-ci il, maddə 14, bənd 2:
Zərər dedikdə... həmçinin şəxsin adi mülki dövriyyə şəraitində hüququnun pozulmadığı halda əldə etmiş olacağı, lakin hüququnun pozulması səbəbindən əldə etmədiyi gəlir (əldən çıxmış fayda (рус.- упущенная выгода)) başa düşülür.
|
|