İcbari Tibbi Sığorta Fondunun maliyyə hesabatında ciddi uyğunsuzluq tapılıb

İcbari Tibbi Sığorta Fondunun 2023 və 2024-cü illər üzrə gəlir və xərcləri üzrə maliyyə hesabatlarında ciddi uyğunsuzluqlar müəyyən edilib.
ENA.az xəbər verir ki, bu barədə Hesablama Palatasının 2025-ci ilin İş Planına əsasən həyata keçirilmiş audit tədbirinin nəticələrində bildirilir.
Audit zamanı müəyyən olunub ki, Fondun təqdim etdiyi illik hesabatlarda həm gəlir, həm də xərclər tam əks olunmayıb. Eyni zamanda, əvvəlki illərin xərcləri düzgün tanınmayıb. Bu cür uyğunsuzluqlar isə icmal büdcənin göstəricilərinin təhrifinə səbəb olub.