İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Sığorta Komitəsi Katibliyi: “İnkişaf etməkdə olan ölkələrdə Sığorta və Özəl Pensiya üzrə İcmal”, 1-ci Kitab(1999), səh.51:
Təkrarsığorta (eng.– reinsurance) öz sığorta portfellərini qorumaq üçün sığortaçılar tərəfindən alınan sığorta təminatıdır.
Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının «Sığorta Terminləri lüğəti» (2005), səh.55:
Təkrarsığorta müqaviləsi bir sığortaçı və ya xalis təkrarsığortaçı (təkrarsığortaçı) ilə digər sığortaçı və ya xalis sığortaçı (sedent) arasında, sedentin sığorta haqqı müqabilində bağlamış olduğu bir və ya bir çox sığorta polisi üzrə baş verən zərərlərin əvəzinin ödənilməsi məqsədilə bağlanan sığorta müqaviləsidir.
Litva Respublikasının 2003-cü il 18 sentyabr tarixli “Sığorta haqqında” Qanunu, 2-ci maddə, 49-cu bənd:
Təkrarsığorta – sığortaçının zərərlərin ödənilməsi ilə bağlı və ya fəaliyyətindən irəli gələn digər itkilərinin sığorta haqqı müqabilində qəbul edilməsidir.
Qazaxıstan Respublikasının 2000-ci il 18 dekabr tarixli “Sığorta fəaliyyəti haqqında” Qanunu, maddə 3:
təkrarsığorta (рус.–перестрахование) – bağlanmış təkrarsığorta müqaviləsinə uyğun olaraq, bir tərəfdən təkrarsığortalı tərəfindən risklərin bütövlükdə və ya bir hissəsinin təkrarsığortaya ötürülməsi, digər tərəfdən təkrarsığorta təşkilatının bu riskləri qəbul etməsi fəaliyyəti və bu fəaliyyətdən irəli gələn münasibətlər.
|