BİZNES

İlin sonuna qədər iqtisadi sarsıntılar davam edə bilər - EKSPERTDƏN TƏKLİFLƏR

İqtisadçı Rövşən Ağayev hesab edir ki, hökumətin vətəndaşlara və biznesə yardımları qısamüddətli dəstəkdir. 
Biznes birdəfəlik yardım aldı, işsizlər və əmək müqaviləsilə çalışanlar üçün 2 aylıq dəstək fondu açıqlandı. Səhv eləmirəmsə, yalnız yoxsulluq müavinəti alanlar üçün proqram ara vermədən 6 ay davam edəcək.
Görünən odur ki, 2009 və 2015 böhranlarının nəticələrini analiz edən hökumət bu dəfə də iqtisadiyyatda dərin çalxalanmaların qısa müddətli (maksimum 3-5 ay) olub, sonradan tədricən dirçəlmə müşahidə ediləcəyini təxmin edib - planını da buna uyğun formalaşdırıb.
Real baş verənlər isə artıq göstərir ki, qlobal iqtisadiyyatda enmə və durğunluq daha uzun müddət davam edəcək. Ən azından ilin sonuna qədər qeyri-müəyyənlik və iqtisadi sarsıntılar davam edə bilər.
Ona görə hökumətin daha uzun müddətə yeni bir iqtisadi dəstək planı açıqlaması lazımdır.
Hətta mayın 4-də karantin yumşadılsa belə, qlobal iqtisadi əlaqələr və neft bazarında durum sabitləşməyənə, xidmət sektoru tam gücüylə işə düşməyənə qədər Azərbaycan üçün ciddi narahatlıqlar qalacaq.
Hökumət nə edə bilər bu planı hazırlayarkən?
Ölkədə elmi müəssisə və müstəqil "beyin mərkəzləri"ndən ibarət müətəxəsisslərin (iqtisadçılarla yanaşı həkimlərin də prosesə cəlbi çox önəmlidir) də cəlb edildiyi qrup yaxın və orta və uzaq dövr üçün gözləntiləri əks ətdirən bir sənəd hazırlamalıdır.
Bu sənəddəki gözləntilər üzərinə hökumətin dəstək planı dizayn edilməlidir.
Yardımlarlarla bağlı şəffaflıq artırılmalıdır. Təkcə dövlət büdcəsindən ayırlan vəsaitlərin hara getməsi barədə məlumat açıqlanmamalıdır. Həm də Mərkəzi Bankın bank sektoruna dəstəyi çox detallı və operativ ictimaiyyətə çatdırılmalıdır. Yeri gəlmişkən, Mərkəzi Bank aylıq bank statistikasını indiki kimi 45 gün sonra yox, maksimum 15 gün ərzində açıqlamalıdır. Tədiyə balansında Türkiyə təcrübəsində olduğu kimi aylıq satatisitka yayımına keçməlidir. Ölkənin beynəlxalq investisiya mövqeyi barədə rüblük məlumatlar açıqlamalıdır.
Nəhayət, dövlət zəmanətilə ayrılacaq kreditlər barədə şəffaf siyahılar olmalıdır.
Ən vacibi dövlətdən yardım alan pandemiya ilə bağlı yardım alan işsiz və yoxsulların siyahısı cəmiyyətə tam açıq olmalıdır. Buna da deyirlər şəffaflıq və ünvanlılığın ictimaiyyətin gücü ilə təmin edilməsi...

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)