Bank

Korporativ bankın portfelində artım üzrə lider istehlak kreditləridir - HESABAT

"PAŞA Bank" ASC 2025-ci ilin yanvar-iyun ayları üzrə 91 milyon 585 min manat xalis mənfəət ilə başa vurub. Bu ötən ilki qazancdan 23% azdır. ENA.az ölkənin ən böyük korporativ bankının hesabatı ilə bağlı təhlili oxucularına təqdim edir

Depozitlər üzrə xərcləri 85,3% artıb

Mənfəət-zərər hesabatına görə, Bankın faiz gəlirləri 257 milyon 589 min manatdır, bunun 142 milyon 701 min manatı və ya 55,3%-i kreditlər üzrə faizlərdən formalaşıb. Qeyri-faiz gəlirləri isə 146 milyon 226 min manatdlr və 84 milyon 172 min manatı və ya 57,5%-i komissiya haqqlarından formalaşıb. Beləliklə, gəlirləri 403 milyon 815 min manatdır.

"PAŞA Bank"ın faiz xərcləri 86 milyon 747 min manat olub. Və depozitlər üzrə faizlərə 75,808 min manat ödənib.  2024-cü ilin analoji dövründə isə depozitlər üzrə faiz xərcləri 40 milyon 900 min manat olub. Bu isə o deməkdir ki, depozitlərə xərclər 85,3% artıb.

Qeyri-faiz xərcləri – 189 milyon 510 min manatdır və bunun 118 milyon manatı əmək haqqı və inzibati xərclərlə bağlıdır.

Nəticədə bankın əməliyyat mənfəəti 124 milyon 231 min manat kimi formalaşıb. Bank ehtiyatlara 9 milyon manat ayırıb və büdcəyə 23 milyon 555 min manat vergi ödənilib.

Aktivləri 5,8% artıb

Bankın aktivləri ötən bir ildə 5,8% artaraq 8 milyard 967 milyon 300 min manat olub. Bunun 1 milyard 326 milyon 872 min manatı nağd pul vəsaitləri və ekvivalentləridir və ötən ilin müvafiq dövrü ilə müqayisədə 200 milyon manat azalıb. Ticarət və investisiya qiymətli kağızlarında qismən artmaqla  2 milyard 432 milyon 211 min manat olub. Banklar və digər maliyyə institutlarındakı depozitləri 1 milyard 522 milyon 935 min manatdır.

Görünür ki, PAŞA Bank da digər banklar kimi likvidliyə olan ehtiyacını ödəmək üçün banklar və digər maliyyə institutlarına verdiyi kreditləri geri çəkib. 2025-ci ilin altı ayı üzrə bu rəqəm 119 milyon 689 min manatdır. 2024-cü ilin analoji dövründə isə 154 milyon 813 min manat idi.

Müştərilərə verilmiş kreditlər ötən bir ildə 6,2% artaraq 3 milyard 280 milyon 866 min manatdır. Portfelin 125 milyon 227 min manatı istehlak kreditləri, 2 milyard 923 milyon 511 min manatı biznes kreditləri, 232 milyon 128 min manatı daşınmaz əmlak kreditləridir.

Beləliklə artım aşağıdakı kimidir:

istehlak kreditləri + 41,1 %

biznes kreditləri + 3,4 %

daşınmaz əmlak + 34,8 %

Qısa müddətli borclanma əməliyyatlarını dayandırıb

Depozit portfelinin ümumi həcmi illik 2,5% artaraq 6 milyard 707 milyon 850 min manatdır.

Tərkib isə belədir:

fiziki şəxslərin depozitləri - 1,766,015 min manat,

hüquqi şəxslərin depozitlər - 4,941,835 min manat.

Müqayisə aparsaq, fiziki şəxslərin hesabında 33 milyon manatlıq bir azalma baş versə də, hüquqi şəxslərin hesablarında 202 milyon manat böyümə baş verib.  Bank bu ilin altı ayında banklararası bazardan borclanma əməliyyatlarını tam dayandıraraq sıfırlayıb. Halbuki, ötən ilin eyni dövründə 217 milyon 572 min manat borc almışdı.   

Beləliklə, Bankın cəmi öhdəlikləri 8 milyard manat olub.

"PAŞA Bank"ın nizamnamə kapitalı 354 milyon 512 min manatdır. Bölüşdürülməmiş mənfəəti isə  artıq 536 milyon 198 min manata yüksəlib. 63 milyon 379 min manat həcmində ümumi ehtiyatlara, 954 milyon 89 min manat cəmi kapitala, 843 milyon 628 min manat həcmində məcmu kapitala malikdir.  

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)