Bank

Korporativ bankdan pərakəndə bankçılığa keçid: istehlak kreditlərində 6 dəfə artım!

“Premium Bank” 2025-cü ilin yanvar-iyun aylarının 6 milyon 309 min manat xalis mənfəət ilə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 636 min manat və ya 11,2% çoxdur. 

Əməliyyat mənfəəti artıb

Premium Bank"ın faiz gəlirləri bir il ərzində 16 milyon 71 min manatdan 18 milyon 111 min manata kimi yüksəlməklə 13% faiz artım göstərib. Bankın faiz xərcləri isə demək olar ki, dəyişməyib və 5 milyon 755 min manatdır. Beləliklə Bankin xalis faiz gəlirləri 2 milyon 59 min manat artıb. Qeyri-faiz gəlirləri isə 210 milyon manat azalaraq 7 milyon 663 min manat təşkil edib. Nəticədə cəmi əməliyyat gəlirləri 25 milyon 774 min manat, cəmi əməliyyat xərcləri 19 milyon 163 min manat olub və 6 milyon 611 min manat əməliyyat mənfəəti yaranıb. 

Ötən ilin 6 ayında Bankın cəmi əməliyyat gəlirləri 23 milyon 944 min manat, cəmi əməliyyat xərcləri 18 milyon 359 min manat, əməliyyat mənfəəti  5 milyon 585 min manat, eyni zamanda, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olmuş 87 min manat mənfəətə əlavə olunduğundan 5 milyon 673 manat xalis mənfəət formalaşıb.  

İstehlak kreditlərində sıçrayış!

"Premium Bank"ın aktivləri bir ildə 8 milyon manat artaraq 648 milyon 199 min manata yüksəlib. Aktivlərin 475 milyon 451 min manatı kredit portfelindədir və portfel 2% böyüyüb. “Premium Bank” istehlak kreditləri portfeli ilin əvvəli ilə müqaisədə 3 milyon 342 min manat, keçən ilin eyni dövrü ilə müqaisədə isə 18 milyon 153 min manat artmaqla 44 milyon 15 min manata çatıb. Belə görünür ki, əvvəllər yannız biznes kreditləri ilə öndə olan bank daha çox pul qazanmaq üçün parakəndə bankçılığa keçib. Çünki ən yüksək faizlər məhz istehlak kreditlərində olduğunu və bu portfel üçün müştəri bolluğunu da nəzərə alsaq, Bank digərləri kimi pul qazanmağın yolunu tapıb. Həmçinin ticarət və investisiya qiymətli kağızlarına yatırımda artım müşahidə olunur. Belə ki, ilin əvvəli ilə müqasidə Bank bu sahəyə 10 dəfə daha çox vəsait ayırıb və ilin əvvəlində 1 milyon 22 min manat idisə, 30.06.2025-ci il tarixinə 10 milyon 766 min manata çatıb.

Depozit hesabları kiçilib 

Bankın öhdəlikləri 463 milyon manatdan 454 milyon manata düşüb. Azalma əsasən, hüquqi şəxslərin hesablarındakı ərimə səbəb olub. Belə ki, korporativ müştərilərin hesabları 29 milyon manat kiçilib. Ümumiyyətlə, müştərilərin depozitləri və cari hesablarında xalis azalma 9 milyon 596 min manat olub. Həmçinin Mərkəzi Bank qarşısındakı öhdəlikləri 1 milyon 152 min manat azalıb.     

Bankın səhmdar kapitalı kimi formaşan nizamnamə kapitalı bu il 20 milyon manat artıb. 30.06.2025-ci il tarixinə bankın nizamnamə kapitalı 174 milyon 601 min manat, məcmu kapitalı isə 188 milyon 680 min manat təşkil edib.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)