"PSG-Kapital İnvestisiya Şirkəti"nin adı dəyişdirilib

"PSG-Kapital İnvestisiya Şirkəti" ASC-nin adı "İnno Kapital İnvestisiya Şirkəti"nə dəyişdirilib.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatında bildirilir.
Xatırladaq ki, “PSG-Kapital” 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 6,25 milyon manatdır. İnvestisiya şirkətinin səhmdarı 100% Faiq Məmmədovdur.
Maliyyə qurumu Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazlarının market-meykeridir.