BİZNES

"ABB-İnvest" xarici qiymətli kağız portfelinin həcmini açıqlayıb

“ABB İnvest”in xarici qiymətli kağız portfeli 600 milyon dollardan çoxdur.

Bunu “ABB İnvest”in icraçı direktoru Nadir Babazadə deyib.

O bildirib ki, investisiya şirkətinin xarici dövriyyəsi iki hissədən ibarətdir. Bir hissəsi mobil tətbiq üzərindən pərakəndə müştərilərdir. Onların sayı 50 mindən çoxdur və daha çox Amazon, NVİDİA, Tesla, İntell, Google kimi şirkətlərin səhmlərinə yatırım edirlər. Bu portfelin həcmi 100 milyon dollar civarındadır: “Amma biz bununla kifayətlənmirik və xarici bazarda 4 mindən çox alət təqdim edirik”.

Nadir Babazadə əlavə edib ki, beynəlxalq maliyyə vasitəçiləri ilə əməkdaşlıq edilən korporativ müştərilərə aid qiymətli kağız portfelinin cari dəyəri 500 milyon dollardan çoxdur. Dövriyyənin həcmi isə bundan dəfələrlə çoxdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)