BİZNES

“PashaPay”dən “Kapital Bank”a transfer olub

“Kapital Bank” ASC-nin Hüquq departamentinə yeni direktor təyin edilib.

Məlumata görə, Arif Mehdiyev “Kapital Bank”ın Hüquq departamentinə direktor təyin edilib.

O, 2023-cü ilin oktyabr ayından bu təyinata qədər “PashaPay” MMC-nin Hüquq departamentinin direktoru olub.

Arif Mehdiyev 2002-2006-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Hüquqşünaslıq üzrə bakalavr dərəcəsi, 2008-2010-cu illərdə isə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Biznesin İdarə Edilməsi üzrə Magistr (MBA) dərəcəsinə yiyələnib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)