BİZNES

Gömrüyün xətti ilə büdcə daxilolmaları azaldı

2025-ci ilin yanvar-iyun aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 3 milyard 91,1 milyon manat təşkil edib.

Maliyyə Nazirliyinin məlumatına görə, gömrük daxilolmaları proqnozdan 4,1 milyon manat və ya 0,1 faiz çox icra edilib.

Qeyd edək ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5% azdır.

Xatırladaq ki, bu il DGK xətti ilə büdcəyə 6,6 milyard manat vəsait köçürülməsi nəzərdə tutulub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)