BİZNES

Dövlətin də payı olduğu aqrar şirkətin direktoru dəyişdi

“Xəzər Beynalxalq İnvestisiya Şirkəti” QSC-nin əsas səhmdarı olduğu “A Agro” MMC-nin direktoru dəyişdirilib.

Məlumata görə, Məmməd Əliyev Ruslan oğlu şirkətin direktoru təyin edilib.

O, bu vəzifədə Seymur Nəsibov Hamlet oğlunu əvəz edib.

Xatırladaq ki, “A Agro” MMC – 2010-cu ilin mart ayında, XBİŞ ölkədə ən iri kahı istehsalçılarından biri ilə birləşib Bakı ətrafında yerləşən “A Agro” şirkətinin təməlini qoyub. Şirkətin 2 264 023 manat nizamnamə kapitalı var.

Şirkət keytrinq və restoran biznesində fəaliyyat göstərən bir çox şirkətlərnən uğurlu əməkdaşlıq bağları qurub. Ortaq: Hüquqi şəxs. XBİŞ-in payı 68%-dir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)