Axtar

Qlobal borc maliyyə böhranı illərini belə üstələdi

Beynəlxalq Maliyyə İnstitutunun (IIF) məlumatına görə, COVID-19 pandemiyası zamanı yığılmış qlobal borc, 2008-2009-cu illərdə qlobal maliyyə böhranı dövrünə nisbətən əhəmiyyətli dərəcədə yüksək olub.

IIF, qlobal borcun 2020-ci ildə 24 trilyon dollar artaraq 281 trilyon dollara yüksəldiyini bildirib. Dünyadakı ÜDM-i ilə müqayisədə göstərici 35 faiz bəndi artaraq ÜDM-nin 355% -ni təşkil edib.

Müqayisə üçün: 2008-ci ildə qlobal borcun ÜDM-ə nisbəti 10 faiz, 2009-cu ildə 15 faiz bəndi artmışdı.

Ümumi dövlət borcu, 2019-cu ildə ÜDM-nin 88%-dən artaraq ÜDM-in 105%-nə yüksəlib. Koronavirus pandemiyasının yaratdığı böhranın öhdəsindən gəlməyə çalışan inkişaf etmiş ölkələrin borcu, IIF məlumatlarına görə ümumilikdə 10.7 trilyon dollar artıb.

Təşkilat 2021-ci ildə qlobal milli borcun daha 10 trilyon dollar artacağını təxmin edir.

Keçən il İsveçrə, milli borcda azalma olduğu yeganə ölkə olub. 

 

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33