Nadir Babazadə: "Xarici bazarda hesab açan müştərilərimizin sayı 50 minin üzərindədir"

ABB İnvest-in xarici tərəfdaşları ilə korporativ müştəriləri arasında olan qiymətli kağızlar üzrə portfelin həcmi 500 milyon dolların üzərindədir. Bu dövriyyəni ifadə etmir, çünki dövriyyə daha yüksəkdir. Mobil tətbiqindən üzərindən xarici bazarlarda, qeyd edək ki, hələki Amerika birjalarında ticarət edən Azərbaycan vətəndaşlarının sayı isə 50 mindən çoxdur.
"Xarici bazarda hesab açan müştərilərimizin sayı 50 minin üzərindədir. Yerli bazarda isə ABB səhmlərinin İPO zamanı 33 min yeni hesab açıldı, post-İPO zamanı açılan hesabların sayı isə 3 mindir. Bu onu ifadə edir ki, ABB səhmlərinə maraq qalmaqdadır", deyə ABB İnvest-in İcraçı direktoru Nadir Babazadə bildirib.
Onun sözlərinə görə, xarici bazardan azərbaycanlı investorlarlar əsasən Amazon, Google, Tesla, Nvidia kimi səhmlərə daha çox sərmayə qoyurlar. Şirkət bununla kifayətlənmir, çünki xarici bazarda 4 mindən çox alət mövcuddur və hər biri ilə ticarət imkanı yaradılıb.