Qeyri-Bank

Büdcə gəlirlərinin 37 faizi Dövlət Neft Fondundan formalaşır. HƏCMİ NƏ QƏDƏRDİR?

Son iki-üç il ərzində qeydə alınan tendensiyanın əksi olaraq, bu ilin yanvar-iyun aylarında Dövlət Neft Fondu valyuta hərracına çıaxrılan bütün dolları sata bilib. Maliyyə Nazirliyinin məlumatına görə, transfert proqnoza qarşı 100% həcmində icra edilib. 

2025-ci ilin ilk altı ayında Dövlət Neft Fondundan (ARDNF) büdcəyə transfertin həcmi 7 mlrd. 240,5 mln. manat təşkil edib.

Ötən ilin eyni dövrünə nisbətən Fond tərəfindən büdcəyə köçürmələr 850 milyon manat artıb. Belə ki, ARDNF ötən ilin ilk yarısında büdcəyə 6 mlrd. 390,5 mln. manat transfert edib.

Transfertin büdcə gəlirlərində payı isə 36,6% təşkil edib.

Qeyd edək ki, bu ilin ilk altı ayında büdcənin cəmi gəlirləri 19,8 mlrd. manat, cəmi xərcləri isə 17,09 mlrd. manat təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)