BOKT “İnternational” ASC-nin İdarə Heyətinə təyinat

BOKT “İnternational” ASC-nin İdarə Heyətinə yeni üzv seçilib.
Məlumata görə, səhmdarların Ümumi Yığıncağının qərarı ilə Məhin Abdullayeva Vaqif qızı İdarə Heyətinin üzvü seçilib.
O, 2021-ci ildən BOKT “İnternational”da çalışır.
Bununla da İdarə Heyəti sədrlə birlikdə üçə yüksəlib.
Xatırladaq ki, BOKT “İnternational” ASC 2013-cü ildə təsis edilib, 8 mln. manat nizamnamə kapitalı var. BOKT-nin səhmlərinin 100%-i Rifat Həsənova məxsudur.