SocGen sabit dollar stabilkoini buraxacaq

Fransız bankı Societe Generale, kriptovalyuta törəmə şirkəti SG-FORGE vasitəsilə dollara sabitlənmiş stabilkoin buraxacağını açıqladı.
Bu addımla bank stabilcoin bazarında dollarla ifadə olunan kriptovalyuta buraxan ilk böyük Avropa bankı olacaq.
“USD CoinVertible” adlı kriptovalyuta Ethereum və Solana blokçeynlərində mövcud olacaq.
Çərşənbə axşamı günü SG-FORGE tərəfindən edilən açıqlamaya görə, iyul ayından etibarən açıq şəkildə ticarət edə biləcək.
Qeyd edək ki, stabilcoinlər bazarda dəyərinin sabitliyi ilə fərqlənir, yəni bitkoin kimi bahalaşıb-ucuzlaşma tendensiyası göstərmir. Bu koinlər sırf onlayn ticarəti həyata keçirməyə hədəflənib.