"FINCA Azerbaijan" 15 faiz ilə istiqraz satdı - 2 MİLYON MANAT YIĞDI

"FINCA Azerbaijan" MM QBKT-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb. Nominalı 100 manat olan istiqrazlar üzrə gəlirlilik 15 faiz olacaq. Bununla bağlı 53 investor sifariş verib və birjaya çıxarılan istiqrazların bütün həcmi satılıb və "FINCA Azerbaijan" 18 ay müddətinə 2 milyon manat vəsait əldə edib.
Hər 3 aydan bir ödənişlər həyata keçiriləcəkdir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı |
"FINCA Azerbaijan" MM QBKT |
Dövlət qeydiyyat nömrəsi – İSİN |
AZ2008019203 |
İstiqraqzların növü və forması |
Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar |
Ticarət üsulu/forması |
Kütləvi/ Birqiymətli hərrac |
İstiqrazların sayı |
20,000 ədəd |
İlkin ticarət qiyməti |
100 manat |
Buraxılış həcmi |
2,000,000 manat |
İllik gəlirlilik faizi |
15% |
Ödəmə periodu |
İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən, ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq və 1 ayda günlərin sayını 30 (otuz) götürməklə hər 3 (üç) aydan bir ödənişlər həyata keçiriləcəkdir |
Tədavül müddəti |
18 ay |
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) |
2,000,000 manat |
Reallaşdırılmış həcm |
2,000,000 manat |
Hərrac qiyməti |
100 manat |
İnvestor sayı |
53 |
Sifariş sayı |
53 |
Anderrayter |
“Unicapital İ.Ş.” ASC |