Bank

Maliyyə Nazirliyi banklara pul satdı - HƏRRAC KEÇİRİLDİ

İyulun 11-də Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə vahid xəzinə hesabının milli valyutada olan vəsaitlərinin yerli banklarda depozitə yerləşdirilməsi üçün növbəti depozit hərracları təşkil edilib.

Hərracların nəticələrinə əsasən ümumilikdə 850,0 milyon manat məbləğində xəzinə vəsaitinin banklarda yerləşdirilməsi təmin edilib.

Beləki, kapitallaşma və aktivlərinin həcminə görə ölkənin ən iri beş bankından təklif təqdim edən iki bankda 28 gün müddətinə, 7,25% orta çəkili faiz dərəcəsi ilə 350,0 milyon manat məbləğində vəsait depozitə yerləşdirilib.

Digər hərrac üzrə təklif təqdim edən dörd bankda isə 90 gün müddətinə, eyni – 7,25% orta çəkili faiz dərəcəsi ilə 500,0 milyon manat məbləğində xəzinə vəsaiti depozitə yerləşdirilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)