Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının «Sığorta Terminləri lüğəti» (2005), səh. 7:
Annuitet (eng.-annuity) –bir neçə il və ya bütün ömür boyu dövri sığorta ödənişlərini nəzərdə tutan müqavilə.
Malayziya Federasiyasının Sığorta Aktı - 1996-cı il, I hissə, 2-ci maddə, dördüncü abzas:
Annuitet – həyata sığorta şirkəti ilə bağlanmış müqavilə əsasında bir il və ya daha az intervalda dövri ödənişlər almaq hüququ.
Qazaxıstan Respublikasının 2005-ci i 7 fevral tarixli “İşçinin əmək (xidməti)funksiyalarını yerinə yetirərkən onun həyatına və sağlamlığına zərər vurulmasına görə işəgötürənin mülki məsuliyyətinin icbari sığortası haqqında” Qanunu, maddə 1:
Annuitet müqaviləsi (рус.-договор аннуитета) – sığortaçının faydalanan şəxsin xeyrinə dövri ödəmələr şəklində sığorta ödənişlərini həyata keçirməsini nəzərdə tutan sığorta müqaviləsi.
|