A-dan Z-yə terminlər (103)
Sözün izahı
|
Sığorta müqaviləsinin bağlanması, sığorta tarifi və sığorta haqqı barədə qərarlar qəbul etmək üçün sığortalının səhhəti, maliyyə imkanları, sığortalanan əmlakın vəziyyəti və digər bu kimi amillərin – sığorta risklərinin qiymətləndirilməsi üzrə sığortaçının (onun mütəxəssisinin və ya nümayəndəsinin) istifadə etdiyi üsul və metodların, habelə hərəkətlərinin məcmusu.
Misal: Həyatın və sağlamlığın sığortalanması zamanı anderraytinq sığorta hadisəsinin (xəstəlik və ya ölüm) baş verməsi riskini qiymətləndirmək üçün aparılan fəaliyyətin məcmusudur. Bura xəstəlik və ya ölüm riskinə təsir göstərən aşağıdakı amillərin araşdırılması daxildir: sığorta olunan şəxsin yaşı, sağlamlıq vəziyyəti, xəstəlik tarixçəsi, zərərli vərdişləri (məsələn, siqaret çəkmək) və s. Əmlakın, məsələn, avtomobilin sığortalanması zamanı isə avtomobilin təzə və köhnə olması, mühərrikinin gücü, sürücülərinin kim olacağı, əvvəlki illərdə həmin sürücülərin hadisə törədib-törətmədiyi və s. faktların qiymətləndirilməsi anderraytinq prosesində əhatə olunur.
|
|
Azərbaycan Respublikasının qanunvericiliyinə istinad
|
Azərbaycan Respublikasının qanunvericiliyində ”anderraytinq”in anlayışı verilməmişdir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi,
maddə 914.1: Əmlak sığortası müqaviləsi bağlayarkən sığortaçı sığortalanan predmetə baxış keçirmək, fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla onu qiymətləndirmək, lazım gəldikdə isə onun həqiqi dəyərini müəyyən etmək məqsədi ilə sığorta qanunvericiliyinin tələblərini nəzərə almaqla müstəqil ekspert təyin etmək hüququna malikdir.
|
|
Beynəlxalq təcrübədən nümunə
|
Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının «Sığorta Terminləri lüğəti» (2005), səh. 68:
Anderaytinq (eng.-underwriting)– sığorta şirkətinin sığorta riskini qəbul edib, etməməsi və ya hansı əsaslarla qəbul etməsi barədə qərarının müəyyənləşdirildiyi proses.
“Beynəlxalq Sığorta və Maliyyə Lüğəti” CİB-Çikaqo və London – 1999, səh 327:
Anderaytinq – sığorta risklərinin qiymətləndirilməsi prosesi.
|
|