İordaniya Krallığının “Sığorta tənzimlənməsi Aktı” -1999-cu il, maddə 2, on beşinci abzas:
Agent (eng.-agent) – (Sığorta)Şirkət(i)tərəfindən sığorta əməliyyatlarının onun və ya hər hansı filialının adından həyata keçirilməsi üçün təyin edilərək səlahiyyətləndirilmiş, habelə bu Aktın müddəalarına uyğun olaraq, (sığorta nəzarəti)Komissiya(sı)tərəfindən lisenziyalaşdırılmış şəxs.
Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının “Sığortanın Əsas Prinsipləri və metodologiyası” (oktyabr 2003), sığortanın 24-cü əsas prinsipi, vacib meyarlar, a. bəndi
Nəzarət orqanı sığorta vasitəçilərinin lisenziyalaşdırılmasını və ya qeydiyyata alınmasını tələb edir.
Belarus Respublikasının 1993-cü il 3 iyun tarixli “Sığorta haqqında” Qanunu, maddə 8:
Sığorta agenti (рус.-страховой агент) – sığortaçının tapşırığı ilə onun adından müəyyən haqq müqabilində sığorta fəaliyyətini həyata keçirən sığortaçının nümayəndəsidir.
|