İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Sığorta Komitəsi Katibliyi: “İnkişaf etməkdə olan ölkələrdə Sığorta və Özəl Pensiya üzrə İcmal”, 1-ci Kitab (1999), səh.14:
Bəzi polislər (sığorta müqavilələri)zərərin baş verdiyi halda onun konkret məbləğ və ya faizlə ifadə olunan bir hissəsinin sığortalının öz hesabına ödənilməsini tələb edən müddəanı ehtiva edir. Zərərin bu hissəsi, müəyyən məbləğə bərabər və ya ondan aşağı məbləğdə zərər baş verdiyi hallarda tətbiq edilməni nəzərdə tutursa, şərtli azadolma (eng.-franchise), zərər məbləğindən asılı olmayaraq, müəyyən məbləğin hər zaman çıxılmasını nəzərdə tutursa, sərtsiz azadolma (eng.-deductible)adlanır.
Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının «Sığorta Terminləri lüğəti» (2005), səh. 22:
Azadolma məbləği (eng.-deductible)– müəyyən məbləğdən yuxarı həcmdə zərərin mövcud olduğu halda, sığortalının zərərin bir hissəsini ödəmək vəzifəsini nəzərdə tutan müddəa.
|