A-dan Z-yə terminlər (103)
A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   I   J   K   Q   L   M   N   O   Ö   P   R   S   T   U   Ü   V   Y   Z   Filtri ləğv et

Gözləmə müddəti

Sözün izahı 

Sığorta müqaviləsi ilə nəzərdə tutulmuş elə bir müddətdir ki, həmin müddətdə baş vermiş hadisəyə görə sığortaçı öhdəlik daşımır.

 

Misal:

Əmək qabiliyyətinin itirilməsi hallarından sığorta müqaviləsindəmüəyyən ediləbilər ki, sığorta hadisəsi nəticəsindəşəxsəəlillik dərəcəsi təyin olunduğu halda əlilliyin ilk üç ay müddəti üçün sığortaçı sığorta ödənişi vermək vəzifəsi daşımır. Yaxud, işin dayanması riskindən sığorta müqaviləsindəmüəyyən ediləbilər ki, sığorta hadisəsi (sığortalanmış fabrikdəbaş verən qəza vəs.) baş verdiyi tarixdən 15 gün ərzindəmüəssisənin fəaliyyətinin dayanması iləəlaqədar itkilərəgörəsığorta ödənişi verilmir. Beləolan halda fabrik, məsələn 25 gün işləməsə, sığorta şirkəti fabrikdəişin dayanması iləəlaqədar 10 gün (25-15=10 gün) müddətinəgörədəyən zərərin əvəzini ödəyəcək.

 

Azərbaycan Respublikasının qanunvericiliyinə istinad

Azərbaycan Respublikasının Mülki Məcəlləsi,

 

maddə 898.5: Sığorta müqaviləsində gözləmə müddəti nəzərdə tutulduqda, sığorta hadisəsi nəticəsində həmin müddət ərzində yaranan itkilərin əvəzinin ödənilməsi sığortalının üzərində qalır.

 

maddə898.6: Şərtli gözləmə müddəti müəyyən edildikdə, sığorta hadisəsinin nəticələrinin həmin müddətə bərabər və ya ondan artıq müddətdə davam etməsi şərti ilə sığorta tələbi və ya sığorta ödənişi sığorta hadisəsinin baş verməsindən keçən həmin müddət qədər vaxt ərzində yaranan itkilərə də şamil edilir.

 

maddə898.7: Sığorta müqaviləsində şərtsiz gözləmə müddəti müəyyən edildikdə, sığorta tələbi və ya sığorta ödənişi sığorta hadisəsinin baş verməsindən keçən həmin müddət qədər vaxt ərzində yaranan itkilərə şamil edilmir

 

Beynəlxalq təcrübədən nümunə

Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının «Sığorta Terminləri lüğəti» (2005), səh 69:

 

Gözləmə müddəti (eng.-waiting period)– əlilliyin hər bir dövrünün ilk günlərində əlillik üzrə sığorta tələblərindən imtinaya əsas olan müddət; gözləmə müddəti üç gündən bir ilə qədər davam edə bilər; bu müddət bəzən sığorta şəhadətnaməsinin  verilməsindən sonrakı, xüsusi şərtlərin əhatə olunmadığı müddətə də şamil edilir.