MALİYYƏ

Pul bazasında yarım milyard manatlıq artım - 1 AYDA

2019-cu ilin Aprel ayında Azərbaycanda pul bazası 548,8 milyon manat artıb.

"Businessinsider.az" Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, 30 Aprel 2019-cu il tarixində pul bazası 9 milyard 495.1 milyon manat təşkil edib. Martın sonunda pul bazası 8 milyard 946.3 milyon manata çatmışdı.

Pul bazası dedikdə - Pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)